ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Elektromexanika Sexi 2016-cı ilin I rübünü uğurla başa vurmuşdur.

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların daim işlək vəziyyətdə olması məqsədilə, Elektromexanika sexi əvvəlki illərdə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü fəaliyyət göstərmişdir.

2016-cı ilin I rübü ərəfəsində Elektromexanika sexinin kollektivi tərəfindən Tullantıların Emalı Departamentinin 4-cü, 5-ci, 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) yüksək səviyyədə təmir işləri görülmüşdü. Belə ki, “Alfa Laval” şirkətinin dekanter qurğusunda P-2 nasosunda təmir-bərpa işləri görülmüş,   mexaniki qarışıqlar tökülən sahə 2 metr genişləndirilmiş, 1 saylı qazanxanada (istehsalata yararsız olan) dövretmə nasosu yenisi ilə əvəz olunmuş, Börger markalı nasosların iş prosesi zamanı sıradan çıxmış hissələri mütəmadi olaraq dəyişdirilmişdir.
I rüb ərzində NEZ-dən QSC-nə daxil olan 100 mm-lik buxar xəttindəki sızmalar, qaynaq vasitəsi ilə əsaslı surətdə təmir olunaraq aradan qaldırılmış, 36, 37 nömrəli nasosların yerləşdiyi EPQ-nin damı örtüyü betonlanaraq təzələnmiş, 2-ci su axarı sahəsindən ölçü cihazlarına gələn korroziyaya uğramış hava xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
QSC-nə daxil olan buxar xətlərinin giriş və çıxış hissələrində manometrlər quraşdırılmış, gərginliklə əlaqədar cəmiyyətdə qəza vaxtı istifadə olan “Olimpik” və “Volvopen” generatorları əsaslı təmir olunmuşdur.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “A-4”, SOCAR-in Neft Kəmərləri İdarəsinin “Dübəndi”, eləcə də, “AZNEFT İB”-nin “Bibiheybət” NQÇİ və Abşeronneft  NQÇİ-nin “Pirallahı” sahələrində olan elektrik avadanlıqları, işıqlanma, gərginlik xətlərində olan nasazlıqlar tez bir zamanda aradan qaldırılmış, sahədə olan bütün növ siyirtmələr yoxlanılaraq kipkəcləri dəyişdirilmişdir.
 “Ekol Mühəndislik Xidmətləri” QSC-də baş verən aidiyyatı qəzalar Elektromexanika sexinin işçiləri tərəfindən tez bir zamanda aradan qaldırılır və cəmiyyət həmişə elektrik enerjisi, hava, qaz, su və buxar ilə təmin olunur.
 
 
 
 
  
 

tarix : 23.06.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.