ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də 26 iyun -"Silahlı Qüvvələr günü ” ilə əlaqədar tədbir keçirilmişdir

     Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi nizami ordu quruculuğunun sürətlə inkişafı və təkmilləşdirilməsi, müdafiə qüdrətimizin artırılması istiqamətində də məqsədli tədbirlər həyata keçirməyə başlandı. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. 1998-ci il may ayının 22-də isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, 26 iyun - “Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü” elan olundu. Hər il bu şanlı tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

     İyunun 24-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində də bu əlamətdar gün ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə baş direktorun ümumi işlər  üzrə müavini İsrafil Əliyev, baş direktorun məsləhətçisi Kamil Akimov, Ekoloji Monitorinq  Departamentinin rəisi Şahabiddin Albuşov və rəis müavini Natella Şəfiyeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov iştirak etmiş və öz çıxışlarında ilk öncə QSC-nin kollektivini "Silahlı Qüvvələr günü" münasibətilə təbrik edərək, xalqımıza sülh, əmin-amanlıq və qələbə dolu sevincli günlər arzuladılar. Natiqlər öz çıxışlarında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən ordu quruculuğu, milli ordumuzun bütün regionda qüdrətli bir orduya çevrilməsi və torpaqlarımızı işğaldan azad etməyə qadir olması barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
     Digər natiqlər də həmçinin öz çıxışlarında ölkə rəhbərinin səyi nəticəsində Milli Ordumuzun gündən-günə güclənməsinin və bütün Qafqazda qüdrətli bir orduya çevrilməsini qürur hissi ilə vurğuladı. Qeyd olundu ki, əgər sülh danışıqları fayda verməzsə, bu halda Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuz torpaqlarımızın işğaldan azad olunmasında öz sözünü deyəcəkdir.
 
 
 
  

tarix : 24.06.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.