ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2016- cı ilin II rübündə müsbət nəticələr əldə etmişdir

    2016-cı ilin I rübünü uğurlu nailiyyətlərlə başa vurmuş QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2016-cı ilin II rübündə də müsbət nəticələr əldə etmişdir. I rübdə olduğu kimi TED bu ilin II rübündə də "Sifarişçi" təşkilatların məmnunluğunu qazanmış, texnoloji proseslərin təkmilləşdirilməsini, istehsalat sahələrinə yeni texnika və texnologiyaların tətbiqini, həmçinin istehsalat proseslərinin fasiləsizliyinin təmin edərək,  zəruri tədbirlər həyata keçirmişdir.

     II rübdə Heydər Əliyev adına NEZ-dan TED-nin 6-cı sahəsinin ( NEZ-nun 9-cu    sahəsi) mexaniki təmizləyici qurğularına daxil olan 4 milyon 221 min m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan o cümlədən
 ( aprel ayında 1 milyon 324  m3, may ayında 1 milyon 539 m3, iyun ayında isə 1 milyon 359 m3), təmizlənmiş, texnoloji proseslər nəticəsində formalaşan 3 min 156 tona qədər neftşlam müasir qurğu və avadanlıqlarla emal edilərək zərərsizləşdirilmişdir.
    Rüb ərzində TED-nin 3-cü sahəsinə “AAS-Ekol” MMC-dən müqavilə əsasında daxil olan 28,48 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.
     Ötən üç ayda TED-nin 4-cü sahəsində də (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində 4-cü sahədə 660 800 m3-ə qədər sənaye çirkab suları (aprel ayında 208 800 m3, may ayında 234 min m3, iyun ayında isə218 000 m3)təmizlənmişdir.
    QSC-nin 4-cü sahəsində 509 ton  neftşlam emal edilərək zərərsizləşdirilmişdir.
 2016-cı ilin  II   rübündə TED müqavilə  əsasında “AA Services”, “AAS-ATE” MMC, “Surakhany Oil Operation Company S.A.”, SOCAR-ın Ekologiya İdarəsi,  Qaz Emalı Zavodu, “AAS-Ekol” MMC, Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC, və  İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 28,56 ton şlam, 5 min 812 m3 yağlı su, 1,2 ton yağlı torpaq, 668 m3 döşəməaltı-lyal axıntı suları, 5 min 056 m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq  zərərsizləşdirilmişdir.
    Bununla yanaşı, TED II rübdə “Kompleks Qazma İşləri” tresti ilə olan müqaviləyə əsasən həmin ərazidən 688 m3 çirkab suları daşınmış, 64 ton qazma gilli məhlulu daxildə təmizlənmiş, 252 ton qazma şlam daşınaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil  verilmişdir.
   2016-cı il ərzində “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərilməsi və istehsalatın fasiləsizliyinin təmin edilməsi üçün TED zəruri tədbirləri həyata keçirilməsinə  başlamışdır. Hazırda  TED müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini yüksək templə davam etdirir.
 
   
 

 
 

tarix : 20.07.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.