ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Torpaqların Rekultivasiyası Departamenti 2016-cı ilin II rübünü uğurla başa vurmuşdur.

      "Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyət  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş  tədbirlər çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Bu layihələrin icrası isə əsasən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların  Rekultivasiyası Departamenti (TRD) tərəfindən həyata keçirilmişdir.

      QSC-nin TRD I rübdə olduğu kimi 2016-cı ilin II rübündə də SOCAR-ın "Azneft" İB-nin  neftqazçıxarma idarələrinin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirir.  Belə ki, TRD-nin kollektivi II rübün aprel ayında  "Azneft" İB-nin   "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində 1000 ədəd zeytun və 70 ədəd evkalipt ağacları əkərək, ərazidəki ağacların sayının 51 min 130  ədədə  çatdırmışdır.
      Hazırda TRD SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, "Azneft" İB-nin  “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 51 min 130 ədəd, Abşeronneft" NQÇİ-nin mədən ərazisində 13 min 524 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində  4min 420 ədəd, TRD- nin inzibati binasının ərazisində (A-4, Zığ sahəsi) 4 min 453 ədəd ( ümumilikdə 80 min 951ədəd) müxtəlif növ  ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir.
     2016-cı ilin II rübündə 300 m2-lik istixana kompleksi də öz səmərəsini vermişdir.
Rüb ərzində yetişdirilmiş minlərlə  müxtəlif bitki növləri (həmişəyaşıl oleyandr, sərv, şərq tuyası, tək göz evkalipt, milesiya, tut və s.)  yaşıllıqların bərpası üçün istifadə olunmuşdur.
    "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir.
 
 
   
 

 
 

tarix : 22.07.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.