ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin Ekoloji Monitorinq Departamentinin 2016-cı il II rübü uğurla başa vurmuşdur

   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2016-cı ilin II rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq aparmış, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir.

    2016-cı ilin II rübündə müvafiq müqaviləyə əsasən SOCAR-ın "Kompleks Qazma İşləri" Tresti və Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operating Company"LTD-nin Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində ekoloji monitorinq işləri aparılmışdır. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Müəssisənin istehsal sahələrində formalaşan və ətraf mühitdə atılan axıntı sularının mühitə təsiri, axarların formalaşma mənbələri hərtərəfli öyrənilmişdir. Müəssisənin istehsal sahələrində formalaşan bərk məişət tullantılarının mütəşşəkil yığımı, konteynerləşdirilməsi və utilizasiya məntəqələrinə daşınması və onların idarə olunma mexanizminin monitorinqi həyata keçirilmiş, istehsal sexlərinin və onlarda aparılan işlərin ətraf mühitə təsir  parametrləri tədqiq edilmişdir.
     Yerinə yetirilən ekoloji monitorinq zamanı müəssisələrdə formalaşan axıntı su nümunələri götürülmüş və EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir.
     Rüb ərzində 5 hesabat hazırlanaraq“Sifarişçi təşkilatlara təqdim edilmişdir..
II rüb  ərzində 433 nümunə üzərində 1714 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC üçün “Təhlükəli Tullantıların İnventarlaşdırılması və Pasportlaşdırılması” normativ-texniki sənədi işlənib hazırlanmışdır. Cəmiyyət üçün “Ekoloji Pasport”un işlənib hazırlanması üzrə işlər davam etdirilmişdir.
     Fəaliyyət dövrü ərzində İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) işlək vəziyyətdə olması və onun yaxşılaşdırılması məqsədilə cəmiyyətin baş direktorunun rəhbərliyi ilə təhlil aparılmışdır, müvafiq qərarlarlar qəbul edilmiş və yerinə yetirilmə mexanizmi işlənib hazırlanmışdir.
     “Ekol Mühəndislik Xidmətləri” QSC-də Türk Standartları İnstitutunun auditorları tərəfindən İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) üçüncü tərəf auditi keçirilmişdir. Audit zamanı cəmiyyətin istehsalat sahələrinə və müəyyən şöbələrə gedilmiş, ümumilikdə, fəaliyyətin standartların tələbinə uyğunluğu yoxlanmışdır.
     II rüb ərzində aylıq “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi haqqında məlumat tərtib edilmişdir.  
      EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında ISO 17025 Beynəlxalq Laboratoriyanı idarəetmə standartının tələblərinə uyğun sənədlər işlənib hazırlanır.
     2016-cı ilin II rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan tullantılar növlər üzrə çeşidlənərək SOCAR-ın Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”nə təhvil verilmişdir.
 
 
   
 

 
 

tarix : 27.07.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.