ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC -nin Elektromexanika sexinin kollektivi vəzifə öhdəliklərini layiqincə yerinə yetirir

    2016- cı ilin I rübündə olduğu kimi, II rübdə də Elektromexanika sexinin kollektivi QSC-nin istehsalat  sahələrində istismarda olan  qurğu və avadanlıqlara   peşəkarlıqla xidmət göstərilir. 
    Rüb ərzində Elektromexanika sexinin kollektivi tərəfindən TED-nin  4-cü, 5-ci, 6-cı sahələrində (Heydər Əliyev adına  NEZ-nun 9- cu sahəsi) yüksək səviyyədə təmir işləri görülmüşdür.

     Bununla yanaşı sex tərəfindən sıradan çıxmış  kommunikasiya xətləri yeniləri ilə əvəz edilmiş,   QSC-nin  elektrik təsərrüfatında  zəruri təmir və profilaktika işləri keyfiyyətlə yerinə yetirilmişdir.
    Belə ki , TED-in 5- ci sahəsində  yerləşən  “Alfa – Laval ” şirkətinin  dekantor qurğusunda və Parafin təmizləmə sahəsində təmir və bərpa işləri aparılaraq 36, 37 nömrəli  FK nasoslarının gərginlik xətləri yenisi ilə əvəz olunmuşdur.
   QSC-nin istehsalat sahələrindəki  yanğından mühafizə nasosları təmir olunmuş , 95/6 nefttutucu göllərə yeni su xətləri çəkilmiş , flotator nasosxanasında  n-4 nasosu təmir olunmuş, mərkəzi isitmə və soyutma sisteminin boru xətləri yenisi ilə əvəz edilmişdir.
     Yeraltı yanğından mühafizə çənlərinə yeni köpük xətləri çəkilmiş  TED-6 sahəsinin avadanlıqlar toplanan anbarının və  qazanxana ərazisində yerləşən sahənin dam örtüyü yenilənmişdir.
     Elektromexanika sexinin peşəkar  mütəxəssislərdən ibarət kollektivi,   QSC-nin  istehsalat sahələrində texnoloji proseslərin fasiləsizliyini təmin etmək məqsədilə əzmlə çalışmaqdadır.
 
 
 

 

tarix : 28.07.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.