ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri” QSC-də “20 SENTYABR NEFTÇİLƏR GÜNÜ” ilə əlaqədar tədbir keçirilmişdir.

     Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin gərgin səylərinin  nəticəsi olaraq, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli şirkətinin  iştirakı ilə şanlı tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin  imzalanması müstəqil Respublikamızın  ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

     Əsası  ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyası  ölkə  Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir və iqtisadiyyatımızın  dinamik inkişafına güclü təkan vermiş bu strategiya Azərbaycanı ən sürətlə irəliləyən ölkələr sırasına çatdırmışdır. Günü-gündən müasirləşən şəhər və kəndlərimizin siması bu davamlı yüksəlişi əks etdirir.
     “Əsrin müqaviləsi” neft sazişinin imzalanması ötən 22 il Azərbaycanın  neft-qaz sənayesinin, bütövlükdə iqtisadiyyatımızın inkişafı, ölkəmizin dünyada böyük nüfuz qazanması, etibarlı tərəfdaşa çevrilməsi, hər bir Azərbaycan vətəndaşının sosial rifah halının yüksəlməsinə böyük təkan vermişdir. Prezident İlham  Əliyevin dediyi kimi: “1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın uğurlu inkişafından söhbət gedə bilməzdi”
     “Ekol Mühəndislik Xidmətləri” QSC də bir sıra tədbirlər həyata keçirmişdir. Bu münasibətlə sentyabr ayın 20-də QSC-nin rəhbərliyi və kollektivi SOCAR-ın kollektivi ilə birgə Fəxri Xiyabanda olmuş, ulu öndərin məzarı önünə tər çiçəklər düzmüş və əziz xatirəsini sükutla yad etmişdirlər.
 
 
 
 
 

 

 

tarix : 20.09.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.