Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin TED-nin 4-cü istehsalat sahəsində təmizləmə işləri davam etdirilir.
|
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biri də (H.Əliyev adına 9-cu sahənin) TED-nin 4-cü sahəsində texnoloji proseslər nəticəsində formalaşan neftşlam və sənaye-çirkab sularının təmizlənməsidir.
Sənaye-çirkab sularının, neftşlamın müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Belə ki, sentyabr ayında TED-nin 4-cü sahəsində 3-cü mexaniki təmizləmə sisteminin 8 bölməli nefttutucularının 1-ci bölməsində olan 502 ton neftşlam Börger nasosu vasitəsi ilə "Alfa-Laval" şirkətinin dekanter qurğusunun qəbul anbarına vurularaq emal olunmuşdur. Hal-hazırda növbəti nefttutucunun neftşlamdan təmizlənməsi üçün Börger nasosunun quraşdırılması və digər hazırlıq işləri görülür. Təmizləyici qurğularının çöküntülərdən və neftşlamdan təmizlənməsi TED-nin işçiləri tərəfindən bütün sahələrdə mütəmadi olaraq yerinə yetirilir.
tarix : 23.09.2016
|
|
|
|
|
|
|