ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində yanğın zamanı Texniki Təhlükəsizlik üzrə məşqlər keçirilmişdir.

     2016-cı il üçün Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin QSC-nin Mülki Müdafiə üzrə təsdiq etdiyi illik iş planına və Baş direktorun müvafiq əmrinə əsasən, sentyabrın 29-da QSC-nin baş ofisində yanğın zamanı baş verəcək fəsadların qarşısının alınması üçün Texniki Təhlükəsizlik üzrə məşqlər keçirilmişdir.

     Məşqlər zamanı əsas məsələ ofis işçilərinin fövqəladə hallar zamanı təhlükəsiz təxliyəsinin təşkilindən ibarət olmuşdur. Təxliyə zamanı təlaşa düşmədən, liftdən istifadə etmədən, yaşlıların və qadınların təxliyəsinə şərait yaratmaqla iş yerlərini tərk etmək əyani olaraq göstərilmişdir.
     Məşqdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbər heyyəti və kollektivi iştirak etmişdir.
 Tədbirdə çıxış edən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Baş direktoru R.Əliyev məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin və onların nəticələrinin qarşısının alınması işində təşkilatçılığı və operativliyi artırmaq, fövqəladə hadisələr zamanı Mülki Müdafiə idarəetmə orqanlarının fövqəladə hadisələrin nəticələrindən işçilərin mühafizəsi üzrə fəaliyyətinin təkmilləşdirilməsinin vacib olduğunu qeyd etdi. Daha sonra çıxış edənlər fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması işlərinin təşkili və yerinə yetirilməsi üzrə rəhbər heyət, Mülki Müdafiə Qərargahı, Mülki Müdafiə xidmətləri, dəstələri və Fövqəladə Hallar Komissiyası arasında, eyni zamanda qonşu obyektlərlə qarşılıqlı fəaliyyət, təminat, təchizat, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı davranış və s. məsələlərin təkmilləşdirilməsi haqqında öz fikirlərini söylədilər.
     QSC-də texniki təhlükəsizlik işlərinin OHSAS 18001 Beynəlxalq Standartlarının tələbləri səviyyəsində qurulması istiqamətində işlər davam etdirilir.
 

 
 
 
 

                                                

tarix : 30.09.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.