ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də işçi personalının və dövlət əmlakının yanğından mühafizəsinə xüsusi diqqət yetirilir.

     "Ekol Mühəndislik Xidmətləri" QSC-də xidməti sahələrdə və  ekoloji layihələrin texniki təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması və bu sahədə işlərin beynəlxalq  standartlar səviyyəsinə çatdırılması məqsədilə ardıcıl  tədbirlər həyata keçirilir. 

Bununla əlaqədar olaraq, 04.10.2016-cı il tarixində O.Vəliyev 1 ünvanında (Heydər Əliyev adına NEZ-nun 9-cu sahə) işçilərlə “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” mövzusunda növbəti praktiki təlim-məşq toplantısı keçirilmişdir.
     Toplantıda Baş direktorun istehsalat üzrə müavini – Texniki direktor Məzahir Hüseynov və  Baş direktorun SƏTƏM üzrə müavini (xarici təsisçinin nümayəndəsi) Eldəniz Həsənli iştirak etmiş, öz tapşırıq və tövsiyələrini vermişlər.
     Təlim-məşq toplantısında Texniki Təhlükəsizlik Şöbəsinin rəisi Səbuhi Veysəlov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin NM üzrə YMD-nin inspektoru D/X kapitanı R.Şeyxzadə yanğın zamanı görüləcək ilkin tədbirlər, həmçinin köpüklə  yanğınsöndürmə sistemindən və odsöndürən balonlardan istifadə qaydaları haqqında iştirakçılara geniş məlumat vermişlər. Bununla yanaşı, yanğın zamanı yerinə yetiriləcək hərəkətlər praktiki olaraq nümayiş etdirilmişdir.  
     QSC-nin qəbul etdiyi və sertifikat aldığı OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq   xidməti sahələr müasir texniki təhlükəsizlik və yanğından mühafizə vasitələri ilə, yanğınsöndürən köpük, eləcə də müvafiq təlimatlar və ədəbiyyatlarla təchiz edilmiş, işçilər xüsusi geyim və tibbi yardım vasitələri ilə  təmin olunmuşlar.
     Texniki təhlükəsizlik şöbəsi QSC-nin xidmət sahələrində yanğından mühafizə tədbirlərini davam etdirir.
 

 
 
 

tarix : 06.10.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.