ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

YAP Nizami rayonu “Ekol Mühəndislik Xidmətləri” QSC ərazi ilk partiya təşkilatının iclası keçirilmişdir.

      14.10.2016-cı il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində YAP fəallarının  iştirakı ilə “Ekol” ərazi ilk partiya təşkilatının iclası keçirilmişdir. İclasda Nizami rayon YAP icra aparatının rəhbəri Ramin Vəlibəyov iştirak etmişdir. Toplantının gündəliyində üç əsas məsələ qoyulmuşdur: YAP Nizami rayonu “Ekol Mühəndislik Xidmətləri” QSC  ərazi ilk partiya təşkilatı idarə heyətinin, yeni sədri və sədr müavinlərinin seçilməsi və partiya sıralarına yeni qəbul olunmuş işçilərə vəsiqələrin təqdim edilməsi məsələsi qoyulmuşdur. 

      İclası Nizami rayon YAP “Ekol Mühəndislik Xidmətləri” QSC ərazi ilk partiya təşkilatının sədr müavini Ramil Əliyev açmışdır. Açılış anı Azərbaycan Respublikasının himni ilə müşaiət edilmişdir.  Ramil Əliyev çıxışında  Nizami rayonu YAP “Ekol Mühəndislik Xidmətləri” QSC ərazi ilk partiya təşkilatının növbəti iclas toplantısının iştirakçılarını salamlamış və Yeni Azərbaycan Partiyasının banisi ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etmişdir.  
      Fəal şəraitdə keçən iclasda,  “Ekol” ərazi ilk partiya təşkilatının sədri yekdilliklə Ramil Əliyev, sədr müavinləri İsrafil Əliyev və Arif Məmmədov eləcədə yeni tərkibli idarə heyyəti üzvləri seçilmişlər.
      Toplantıda ilk söz yeni seçilmiş ərazi ilk partiya təşkilatının sədri Ramil Əliyevə verilmişdir. O, çıxışında ona göstərilən etimada görə, siyasi həmfikirlərinə  öz təşəkkürünü bildirmiş və Respublikamızın İctimai Siyasi həyatında fəal iştirakında öz səylərini əsirgəməyəciyini qeyd etmişdir. 
      İclasda Baş direktorun İstehsalat üzrə müavini - Texniki direktor Məzahir Hüseynov, Baş direktorun məsləhətçisi Kamil Akimov, Baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, Baş direktorun SƏTƏM üzrə müavini (xarici təsisçinin nümayəndəsi) Eldəniz Həsənli, Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin Albuşov və Nəqliyyat sexinin rəisi Mahir Əsgərov çıxış edərək yeni seçilmiş sədr, müavinləri və idarə heyətinin üzvlərini təbrik etmişlər.
      Daha sonra toplantıda iştirak edən Nizami rayon YAP icra aparatının rəhbəri Ramin Vəlibəyova söz verilmişdir. Ramin Vəlibəyov “Ekol Mühəndislik Xidmətləri” QSC ” kollektivinin Nizami rayonunun ictimai siyasi həyatında fəal ishtirakına görə ilk ərazi partiya təşkilatının yeni seçilmiş sədri Ramil Əliyevə fəxri fərman təqdim etmiş və QSC-yə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
         Tədbirin sonunda  YAP üzvlüyünə qəbul olunmuş işçilərə vəsiqələr təqdim edilmişdir.

 
 
 

tarix : 17.10.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.