ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Milli Müstəqillik gününə həsr olunmuş tədbirlər keçirilmişdir

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində və istehsalat sahələrində 18 oktyabr-Azərbaycanın Respublikası Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər QSC-nin kollektivini bu tarixi hadisə münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və əbədi yaşaması naminə əmək fəaliyyətlərində uğurlar arzulamışlar.

      Çıxış edənlər Milli Müstəqilliyimizin tarixi məqamlarını iştirakçıların diqqətinə çatdırmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmaq üçün mübarizələrlə dolu çox çətin və şərəfli tarixi bir yol keçmişdir. 1991-ci il Oktyabrın 18 isə Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür.
      Belə bir tarixi şəraitdə, 1993-cü ilin iyununda xalqın təkid və tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.  Ümummilli lider Heydər Əliyev "müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir" fikri ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün çətinlikləri qısa vaxt ərzində dəf etməklə Azərbaycanın səsinin ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən eşidilməsinə nail oldu.
      Natiqlər xüsusilə vurğulamışlar ki, Dövlət Müstəqilliyimizin əldə olunmasında müstəsna rolu olmuş ümummilli lider Heydər Əliyevin  siyasi kursu ötən illərdə və hal hazırda uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində keçən 25 ildə ölkəmiz öz müstəqilliyini bütün dünyada tanıtmış, beynəlxalq təşkilatların  üzvlüyünə qəbul edilmiş, dünya dövlətləri ilə bərabərhüquqlu əlaqələr yaranmışdır. Bu illərdə daxili və xarici qüvvələrin təxribat və maneələrinə  baxmayaraq, dövlət müstəqilliyimiz qətiyyətlə qorunmuş və onun  yaşaması üçün  vacib olan bütün tədbirlər görülmüşdür.
      Tədbirlərdə qeyd olunmuşdur ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın  tarixi nailiyyətidir. Hər birimizin  müqəddəs borcu müstəqil dövlətimizin  qədrini  bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq və  bu mübarizədə daha möhkəm əzm, qətiyyət nümayiş etdirməkdən ibarətdir.

 
 
 

 

 

tarix : 18.10.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.