ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri“ QSC-nin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar laboratoriyasında növbəti dəfə AZS/İSO/İEC 17025 standartının tələblərinə uyğun Akkreditasiyadan keçmişdir

      “Ekol Mühəndislik Xidmətləri“ QSC öz fəaliyyətini beynəlxalq standartın tələblərinə uyğun istiqamətdə aparılan işlərlə davam etdirir. Belə ki, Ekoloji Monitorinq Departamentinin  Kompleks Tədqiqatlar laboratoriyasında 13 oktyabr 2016-ci il tarixində AZS/İSO/İEC 17025 standartının tələblərinə uyğun audit olunmuş və akkreditasiya attestatı almışdır. Audit zamanı prosedurların yerinə yetirilməsi izlənmiş və təhlil prosesləri üzrə sənədləşmələrin standartın tələblərinə uyğunluğu yoxlanılmışdır. 

      Prosedura uyğun olaraq audit toplantısında Baş direktorun SƏTƏM üzrə müavini E.O.Həsənli, Ekoloji Monitorinq Departamentinin rəisi Ş.B.Albuşov, Kompleks Tədqiqatlar laboratoriyasının müdiri A.N.Məmmədova, Kompleks Tədqiqatlar laboratoriyasının işçi personalı iştirak etmişlər. Auditin nəticəsi olaraq      Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Akkreditasiya Xidməti mütəxəssisləri  tərəfindən laboratoriyada aparılan analizlərin AZS/İSO/İEC 17025 standartının tələblərinə tam uyğun yerinə yetirilməsi qeyd edilmiş, laboratoriyanın bu istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirilməsi barədə tövsiyələr verilmişdir.
      Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar laboratoriyası   AZS/İSO/İEC 17025 standartın tələblərinə cavab verən laboratoriya kimi fəaliyyətini davam etdirir.
 
 
 
 
 

 

 
                                    
 
 

tarix : 25.10.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.