ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin Ekoloji Monitorinq Departamentinin 2016-cı ilin III rübünü uğurla başa vurmuşdur.

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2016-cı ilin III rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işləri aparmış, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir.

      Cari ilin III rübündə müvafiq müqaviləyə əsasən SOCAR-ın "Kompleks Qazma İşləri" tresti və Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operating Company"LTD-nin Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində ekoloji monitorinq işləri aparılmışdır. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Müəssisənin istehsal sahələrində formalaşan axıntı sularının ətraf mühitə təsiri, axarların formalaşma mənbələri hərtərəfli öyrənilmişdir. Müəssisənin istehsal sahələrində formalaşan bərk tullantılarının mütəşəkkil yığımı, konteynerləşdirilməsi və utilizasiya məntəqələrinə daşınması və onların idarə olunma mexanizminin monitorinqi həyata keçirilmiş, istehsal sexlərinin və onlarda aparılan işlərin ətraf mühitə təsir  parametrləri tədqiq edilmişdir.
      Yerinə yetirilən monitorinq işləri zamanı müəssisələrdə formalaşan axıntı su nümunələri götürülmüş və departamentin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir.
      Rüb ərzində 5 hesabat hazırlanaraq “Sifarişçi təşkilatlara təqdim edilmişdir. Bunlardan dördü  ekoloji monitorinq və biri isə laborator xidməti üzrə olmuşdur.
      Bununla yanaşı III rüb ərzində 398 axıntı su, neftlə çirklənmiş torpaq və neftşlam nümunələri üzərində 1161 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır.
      “Ekol Mühəndislik Xidmətləri” QSC üçün “Ekoloji Pasport” normativ-texniki sənədi iєlənib hazırlanmışdır.
      Rüb ərzində aylıq “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi haqqında məlumat tərtib edilmişdir. 
      2016-cı ilin III rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan tullantılar növlər üzrə çeşidlənərək SOCAR-ın Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”nə təhvil verilmişdir.
 
 
 
 
 
 
                                                  

tarix : 04.11.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.