ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Elektromexanika Sexi 2016-cı ilin III rübünü uğurla başa vurmuşdur.

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların daim işlək vəziyyətdə olması məqsədilə, Elektromexanika sexi əvvəlki illərdə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü fəaliyyət göstərmişdir.

      2016-cı ilin III  rübü ərəfəsində Elektromexanika sexinin kollektivi tərəfindən Tullantıların Emalı Departamentinin 4-cü, 5-ci, 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) yüksək səviyyədə təmir işləri görülmüşdür. Belə ki, 1 saylı nefttutucuda istifadə müddəti bitmiş, beton ayaqaltı və dirəklər qısa müddətdə sökülərək yenidən metal konstruksiya ilə əsaslı surətdə bərpa olunmuş, 3 saylı qazanxananın dam örtüyü dəyişdirilərək təmir olunmuş, gərginlik sistemi ilə təmin edilərək istifadəyə verilmişdir.
      Börger və VK nasoslarının reduktor sistemləri, Nəqliyyat sexində olan texnikaların yararsız hala düşmüş hissələri kəsilib çıxarılmış və təzə hissələrlə qaynaq edilərək bərpa olunmuşdur.
“Pieralisi” trikanter qurğusunda məhsul vuran nasos konteynerlərdən çıxarılaraq qurğunun yanında quraşdırılmış və giriş-çıxış xətləri yenidən bərpa olunmuşdur.
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin daxildə və ətraf sahələrdə işlərin ahəngi pozulmamaq üçün, işlək avadanlıqlar mütəmadi olaraq yoxlanılır, təftiş olunur və onlar enerji daşıyıcıları ilə (qaz, su, buxar, hava, işıq) təmin edilir. Ərazidə olan bütün işıqlanma sistemində təbii hadisədən (yağışdan sonra) yaranan nasazlıqlar qısa müddətdə aradan qaldırılmışdır.
      “Ekol Mühəndislik Xidmətləri” QSC-də baş verən aidiyyatı qəzalar Elektromexanika sexinin işçiləri tərəfindən tez bir zamanda aradan qaldırılır, texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyət göstəricilərinin artırılması istiqamətində fəaliyyətlərini əzmlə davam etdirirlər.
 
 
 
 
 
                                                  
 

tarix : 07.11.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.