ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2016- cı ilin III rübündə müsbət nəticələr əldə etmişdir.

      “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2016-cı ilin III rübü təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirilmiş, “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirilmişdir. 

      III rübdə Heydər Əliyev adına NEZ-dan TED-nin 6-cı sahəsinin (NEZ-nun 9-cu sahəsi) mexaniki təmizləyici qurğularına daxil olan 3 milyon 581 min m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan o cümlədən (iyul ayında 1 milyon 550 min  m3, avqust ayında 702 min 950 m3, sentyabr ayında isə 1 milyon 328 min m3), təmizlənmiş, texnoloji proseslər nəticəsində formalaşan 3 min 096 tona qədər neftşlam müasir qurğu və avadanlıqlarla emal edilərək zərərsizləşdirilmişdir.
      Rüb ərzində TED-nin 3-cü sahəsinə “AAS-Ekol” MMC-dən müqavilə əsasında daxil olan 21,66 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.
      Ötən üç ayda TED-nin 4-cü sahəsində də (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində 4-cü sahədə 790 min  m3-ə qədər sənaye çirkab suları (iyul ayında 263 min m3, avqust ayında 243 min m3, sentyabr ayında isə 284 min m3) təmizlənmişdir.
       QSC-nin 4-cü sahəsində 1051 ton  neftşlam emal edilərək zərərsizləşdirilmişdir.
      2016-cı ilin III rübündə TED müqavilə  əsasında “AA Services”, “AAS-ATE” MMC, “Surakhany Oil Operation Company S.A.”, SOCAR-ın Ekologiya İdarəsi,  Qaz Emalı Zavodu, “AAS-Ekol” MMC, Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 39,1 ton şlam, 6 min 466 m3 yağlı su, 2 ton 320 kq yağlı torpaq, 574 m3 döşəməaltı-lyal axıntı suları, 5 min 006 m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq  zərərsizləşdirilmişdir.
      Bununla yanaşı, TED III rübdə “Kompleks Qazma İşləri” tresti ilə olan müqaviləyə əsasən həmin ərazidən 620 m3 çirkab suları daşınmış, 48 ton qazma gilli məhlulu daxildə daşınmış, 548 ton qazma şlam daşınaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil  verilmişdir.
2016-cı il ərzində “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərilməsi və istehsalatın fasiləsizliyinin təmin edilməsi üçün TED zəruri tədbirlər həyata keçirilməsinə  başlamışdır.
      QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini yüksək templə davam etdirir.
            
  
 
 
                                                  
 
 

tarix : 11.11.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.