ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2016-cı ilin III rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin fəaliyyəti qənaətbəxş olmuşdur

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyəti sahələrindən biri də neft sənayesi sahələrində neftlə  çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin  göstərilməsi və landşaftın bərpasından ibarətdir. Bu işlər əsasən Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  tərəfindən həyata keçirilir.

     QSC-nin TRD ötən illərdə olduğu kimi 2016-cı ilin III rübündə  də SOCAR-ın  "Azneft" İB-nin NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrində bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirilmişdir.
     Hazırda, TRD SOCAR-ın   Qaz  Emalı  Zavodunun ərazisində 11 min 877 ədəd, "Azneft" İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində 51 min 130 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) 13 min 524 ədəd, H.Z. Tağıyev adına  NQÇİ-nin mədən ərazisində 4 420 ədəd, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 553 ədəd müxtəlif  növ ağac və bəzək kollarına  aqrotexniki xidmətlər göstərir. Ötən ilin yaz, payız və qış mövsümlərində xidmət göstərilən yaşıllıq sahələrindəki bitkilərə lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin olunmuş, budanmış, quruyan ağaclar yenisi ilə əvəz olunmuşdur.
      Yaşıllıq sahələrinin bərpası  məqsədilə, ting ehtiyatının artırılması üçün "Azneft" İB-nin  "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən TRD-nin  2-ci sahəsində  2013-cü ildə tikilib istifadəyə verilmiş 320 m2-lik  istixanada akasiya, həmişəyaşıl oleyandr, iydə, eldar şamı, sərv, zeytun və s. ağacların   toxumları əkilərək  aqrotexniki  xidmətlər  göstərilmiş, gözlənilən nəticələr əldə olunmuşdur.
      Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamenti payız mövsümündə  xidmət göstərdiyi yaşıllıq sahələrindəki ağacların  mühafizəsi və qış mövsümünə   hazırlıq işlərini  uğurla davam etdirir. 
  
 
 
                                                  
 

tarix : 14.11.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.