ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Nəqliyyat sexi 2016-cı ilin III rübünü uğurla başa vurmuşdur.

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi əvvəlki illərdə olduğu kimi 2016-cı ilin III rübü ərzində də üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmiş, sexin minik və yük avtomobilləri eləcə də, xüsusi texnikaları vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli tövhələrini vermişdir.

     III rüb ərzində Nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat və xüsusi texnikalar vasitəsilə “Suraxanı Oyl Opereyşn” Kompani S.A Şirkətinin mədən ərazilərindən 5006 m3 mədən axıntı suları, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma ərazisindən 492 m3  döşəməaltı lay axıntı suları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodundan 82 m3 axıntı çirkab suların daşınması işləri həyata keçirilmişdir.
     Həmin xüsusi texnikalardan QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) ərazisində bir sıra aqrotexniki işlərin həyata keçirilməsində, TRD-nin inzibati binasının ərazisi, Dübəndi sahəsində, İnzibati Təsərrüfat şöbəsinin yaşıllıq sahələrində eləcə də TED-nin 5-ci sahəsində yaşıllıqların suvarılmasında eləcə agrotexniki işlərin həyata keçirilməsində səmərəli istifadə olunmuşdur.
     “Azneft” İB Abşeronneft NQÇİ və H.Z.Tağıyev adına NQÇİ  sahələri üzrə xidmət göstərən TRD-nin 1-ci sahəsi üzrə 3 ay ərzində nəqliyyat və xüsusi texnikalar vasitəsilə bir sıra mühim və əhəmiyyətli işlər uğurla həyata keçrilmişdir.
     Eləcədə, TED-nin 5-ci (H.Əliyev adına NEZ 9-cu sahəsi) sahəsində istismarda olan dekanter qurğusunun fəaliyyəti nəticəsində formalaşan torpaqlar özüboşaldan nəqliyyat vasitələrinə yığılaraq xüsusi ərazilərə daşınmışdır. Lilsovuranlar vasitəsilə 877 m3 yağış suları sahədən çəkilmişdir.
Bir söznən QSC-nin xidmət göstərdiyi bütün sahələri nəqliyyat və xüsusi texnikalarla tələbata uygun təmin edilmişdir.
    III rüb ərzində nəqliyyat vasitələrinin mövsümü rejimdə işləməsi üçün lazımı ehtiyat hissələri və sürtgü materialları ilə təmin olunmuşdur. Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilmiş,  yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə təmin edilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər görülmüş, sürücülərə vaxtaşırı təlimatlar keçirilmişdir.
      Nəqliyyat sexinin kollektivi QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.
 
 
 

tarix : 15.11.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.