Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçilərin tibbi müayinəsi başa çatmışdır
|
"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçi personalın sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına işçilər ildə bir dəfə tibbi müayinədən keçirilir.
Hər il olduğu kimi 2016-cı ildə də QSC-nin MODERN HOSPİTAL klinikası ilə imzaladığı müqaviləyə əsasən, bütün işçilər bu klinikada tibbi müayinədən (Check Up) keçmişlər. Oktyabr ayının 3-də başlanmış və noyabr ayının 14-dək davam etmiş tibbi müayinə QSC-nin 455 nəfər işçi personalını əhatə etmişdir. QSC-nin Meqa Sığorta Şirkəti ilə olan müqaviləsinə əsasən tibbi sığorta ilə təmin olunmuş hər bir işçi tibbi müayinənin nəticələri ilə tanış edilmiş, zəruri hallarda MODERN HOSPİTAL-da, o cümlədən respublikamızda fəaliyyət göstərən bir sıra müasir klinikalarda ödənişsiz müalicə kurslarına cəlb olunmuş və lazımı dərman preparatları ilə təmin edilmişlər. "Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçi personalının sağlamlığının qorunması, iş şəraitlərinin yaxşılaşdırılması və sosial problemlərinin həlli növbəti illərdə də davam etdiriləcəkdir.
tarix : 18.11.2016
|
|
|
|
|
|
|