ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də qışa hazırlıq işləri tədbirlər planına uyğun həyata keşirilmişdir.

      Cari ilin qış mövsümündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində  obyektlərin və inzibati binaların qışa hazırlığının, işçilərin iş şəraitinin yaxşılaşdırılmasının  və  xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə,  təsdiq olunmuş “Qış  mövsümünə hazırlıq  tədbirlər planı” nın  icrası  başlanmışdır.

      Tədbirlər planına uyğun olaraq QSC-nin  Tullantıların Emalı Departamentinin (TED)  3,4,5,6-cı (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) sahələrindəki təmizləyici qurğularda, nasoslarda, boru xətlərində, qazanxanalarda və elektrik  təsərrüfatında  profilaktiki təmir işləri  yerinə yetirilmişdir.    QSC-nin inzibati, məişət və istehsalat binalarının  fasiləsiz olaraq istiliklə təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilmiş, binaların dam örtüyündə, qapı və pəncərələrində zəruri təmir işləri aparılmışdır. İstismarda olan qurğuların və xüsusi texnikanın qış rejimində fasiləsiz  işləməsi məqsədilə ehtiyat ötürücü qurğular və enerji mənbələri quraşdırılaraq sınaqdan keçirilmişdir.
      Bütün bunlarla yanaşı QSC-nin balansında olan nəqliyyat  vasitələri, xüsusi texnikalar, qurğu və avadanlıqlar tam hazırlıq vəziyyətinə gətirilmiş, yanacaq sürtgü materialları və ehtiyat hissələri tədarük edilmişdir. Bütün  xidmət sahələrinin  elektrik və istilik təsərrüfatları texniki baxışdan keçirilmiş, təmir və sazlama işləri yerinə yetirilərək  tam işlək vəziyyətə gətirilmişdir. İşçilərin qış geyimləri ilə təmin olunması üçün müvafiq tədbirlər görülmüş və  işçi personal qış şəraitinin iş rejimi ilə təlimatlandırılmışdır.
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət göstərdiyi yaşıllaşdırma sahələrində də “Qışa hazırlıq tədbirlər planı”nın icrası ilə əlaqədar  müvafiq  işlər yerinə yetirilmişdir. Bitkilərin gübrəyə olan tələbatının təmin edilməsi və şaxtalı hava şəraitində bitkilərin donvurmadan mühafizə edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür.
      Tədbirlər  planında nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  növbəti mövsümləri də uğurla başa vuracağına  etibarlı zəmin yaratmışdır.

 
 
 
 

tarix : 23.11.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.