ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də AMEA-nın Polimer Materialları, “Neft və Qaz” institutunun nümayəndələri ilə görüş keçirilmişdir.

      09 dekabr 2016-cı il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində AMEA-nın Polimer Materialları,  “Neft və Qaz” institutunun nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru R.Əliyev, Baş direktorun müavini – Texniki direktor Məzahir Hüseynov, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri həmçinin “Neft və Qaz” institutunun nümayəndələri, Polimer Materiallar institutunun laboratoriya müdiri N.T.Qəhrəmanov, böyük elmi işçi Ü.M. Məmmədli, AMEA-nın “Neft və qaz” institutunun şöbə müdiri F. Kərimov və baş mühəndis R. Mukimov iştirak etmişlər.

       QSC-nin Baş direktoru AMEA-nın  Polimer Materialları, “Neft və Qaz” institutunun işçilərini səmimi salamlayaraq, iştirakçılara görüşün məqsədi və əhəmiyyəti barədə məlumat verdi. Sonra söz Nəcəf Qəhrəmanova verildi. O, səmimi qəbula görə QSC-nin rəhbərliyinə  təmsil etdiyi institututun  nümayəndələri adından dərin təşəkkürünü bildirdi. Sonra o su səthindən neft və neft məhsullarını təmizləmək məqsədi ilə yeni və effektiv polimer sorbentlərin alınması, tədqiqi və tətbiqi istiqamətində elmi-tədqiqat işlərinin aparıldığını söyləyərək, geniş izahat vermiş, video çarxı təqdim etmişdir. Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı.
      Sonda QSC – nin Baş direktoru  R. Əliyev maraqlı təklif və məlumatlara görə  hər bir kəsə təşəkkürünü bildirdi. Aparılan tədqiqatların nəticəsi əsasında konkret təkliflər hazırlanaraq, yenidən müzakirəyə çıxarılması təklif olundu. Bununla da görüş qarşılıqlı anlaşılma şəraitində başa çatmışdır.
 

 
 
 
 

tarix : 09.12.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.