ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC yaşıllaşdırma sahələrində zəruri tədbirlər davam etdirilir.

      “Ekol Mühəndislik Xidmətləri”  QSC öz  fəaliyyətində  reabilitasiya olunmuş mədən ərazilərində xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsinə,  həmçinin   mövcud  yaşıllıqlara  yüksək səviyyəli aqrotexniki xidmətlərin  göstərilməsinə böyük önəm verir  və bu istiqamətdə  bir sıra zəruri tədbirlər həyata keçirir.

      Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamenti  SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, "Azneft" İB-nin "BibiHeybətneft", "Abşeronneft"  və H.Z. Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində ümumilikdə 80 min 951 ədəd müxtəlif növ ağac və bəzək  kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir.  Bununla yanaşı  QSC  və  "Azneft" İB  NQÇİ-nin mədən ərazilərində yaşıllıq sahələrinin  genişləndirilməsi məqsədilə  yeni sahələrdə müxtəlif növ ağacların  əkilməsini təmin edir.
      Payız mövsümü  ilə əlaqədar digər sahələrdə olduğu kimi, "Azneft" İB-nin "BibiHeybətneft" NQÇİ-nin ərazisində də  zəruri işlər yerinə yetirilir.   Hazırda həmin ərazidə olan istixanada yetişdirilmiş 8 min 200 ədəd ağac tinglərinə, sahələrdə isə 51 min 130 ədəd müxtəlif növ ağac və bəzək kollarına QSC-nin Torpaqların  Rekultivasiyası Departamentinin  yaşıllaşdırma üzrə 2-ci sahəsinin  işçi heyyəti tərəfindən yüksək səviyyədə qulluq edilir.
      Eləcə də, SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif  növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
      QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin əməkçilərinin göstərdiyi yüksək  səviyyəli  aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı suvarma  sistemi ilə təmin edilməsi nəticəsində  bitkilərin normal inkişafı təmin edilmişdir.
      Bu ilin yaz, yay və payız mövsümlərində sahələrdəki ağaclara, bəzək kollarına lazım olan qida maddələri, üzvi və mineral gübrələr, su ilə mütəmadi olaraq təmin olunmuş, budanmış, quruyan ağaclar yenisi ilə əvəz olunmuşdur.
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirləri davam etdirilir.  
  
 
 
 

tarix : 16.12.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.