ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin TED-nin 4-cü, 6-cı sahələrində III mexaniki təmizləmə sistemində yenidənqurma və 95/3 saylı neftayırıcılarda mexaniki qarışıqların yuyulması işləri həyata keçirilir.

    QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 4-cü və 6-cı  sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) tullantıların idarə edilməsi, xidməti sahələrdə texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və keyfiyyətin yaxşılaşdırılması departamentin fəaliyyətinin ən mühüm vəzifələrindən  biridir.

     Bununla əlaqədar olaraq, TED-in 4-cü sahəsində qurğu və avadanlıqların saz vəziyyətdə işləməsi, onların  istismar müddətinin artırılması, həmçinin texnoloji reqlamentə dəqiq əməl olunması sahəsində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir.
    4-cü sahədə III mexaniki təmizləmə sistemində mövcud 55 kv-lıq yanğınsöndürmə nasosu sökülərək bünövrədən yenidən quraşdırılmışdır.
     Həmin sistemə əlavə olaraq, 110 kvt-lıq 2-ci mərkəzdən qaçma nasosu quraşdırılmış və köpük çənindən başqa texniki su çəni də qoşulmuşdur. Çökdürücü göllərin ətrafında əlavə olaraq 4 ədəd köpükləndirici generatorlar quraşdırılmış, sistemdə boru xətlərinin yararsız hissələri yenilənmiş, köpük generatorları sökülərək təmizlənmiş və sistem tam işlək vəziyyətə gətirilmişdir. Hal-hazırda yanğınsöndürmə xətlərinin, köpük generatorlarının və nasosların rənglənməsi işləri davam etdirilir.
    Görülən tədbirlər çərçivəsində əhəmiyyətli işlərdən biri də TED-nin 6-cı sahəsində (H. Əliyev adına NEZ-nun 9 sahəsinin ərazisi) 95/3 saylı neftayırıcılarda   5-ci bölmənin dibinə yığılan mexaniki qarışıqların Börger nasosu ilə yuyularaq, A-2 qəza anbarına vurulması prosesidir. Neftayırıcının dibinə yığılan çöküntünün hündürlüyü 1,25 m olmaqla ümumi həcmi 270 m3- dir.   
    Xidməti sahələrdə profilaktiki təmir işləri və mexaniki qarışıqların yuyulması dövrü olaraq yerinə yetirməklə davam etdirilir.

 
 
 
 
 

tarix : 09.01.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.