ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Yanvarın 11-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni iş ilinin başlanması ilə əlaqədar rəhbər heyyət ilə toplantısı , SOCAR-ın Tullantı Mərkəzində xidmətlərin icrasına start verilməsi və mərkəzin yeni təyin edilmiş rəisinin təqdimatı keçirilmişdir.

      Toplantını giriş sözü ilə açan QSC-nin Baş direktoru Ramil Əliyev 2016-cı ilin yekunları,  il ərzində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Sonra 2017-ci ildə qarşıda duran layihələrin uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirərək yeni layihələrin icrasına start verilməsini toplantı iştirakçılarının nəzərinə çatdırmışdır.

      Bu layihələrdən biri olan SOCAR –ın Ekologiya İdarəsinin nəzdindəki “Tullantı Mərkəzində” xidmətlərin “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən həyata keçirilməsi barədə ətraflı məlumat verdi. Bu mərkəzdə SOCAR-ın idarə və təşkilatlarından daxil olan tullantıların idarə edilməsi eləcə də BP şirkətindən daxil olan qazma şlamının emalı prosesi həyata keçiriləcəkdir.
Baş direktor öz çıxışını bitirərək  “Tullantı Mərkəzinə” yeni təyin olunmuş rəis Orxan Lətif oğlu Qəndilovu iştirakçılara təqdim edərək ona çıxış üçün söz verdi.
      Çıxışında Orxan Qəndilov göstərilən etimada görə rəhbərliyə öz təşəkkürünü bildirmişdir.O qarşıda duran bütün işlərin icrası ilə bağlı toplantı iştirakçılarına məlumat verərək bu sahədə vəzifələrin və öhdəçiliklərin  layiqincə öhdəsindən gələcəyini qeyd etmişdir.
      Toplantı iştirakçıları TULLANTI MƏRKƏZİNƏ yeni təyin edilmiş rəis Orxan Qəndilova gələcək işlərində uğurlar arzuladılar.
 
 
 
 
 
 
 
 

tarix : 11.01.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.