ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin Ekoloji Monitorinq Departamentinin 2016- cı ilin IV rübü üçün fəaliyyəti qənaətbəxşdir.

 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2016-cı ilin IV rübündə fəaliyyətini təsdiq etmiş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq aparmış, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir.

      Hesabat dövründə müvafiq müqaviləyə əsasən SOCAR-ın "Kompleks Qazma İşləri" tresti və Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operating Company"LTD-nin Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində ekoloji monitorinq işləri həyata keçirilmişdir. Monitorinq əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Müəssisənin istehsal sahələrində formalaşan axıntı sularının ətraf mühitə təsiri, axarların formalaşma mənbələri hərtərəfli öyrənilmişdir. Müəssisənin istehsal sahələrində formalaşan bərk tullantılarının mütəşəkkil yığımı, konteynerləşdirilməsi, daşınması və onların idarə olunma mexanizminin monitorinqi həyata keçirilmişdir. İstehsal sexlərinin və onlarda aparılan işlərin ətraf mühitə təsir  parametrləri tədqiq edilmişdir.
      Yerinə yetirilən ekoloji monitorinq zamanı müəssisələrdə formalaşan axıntı su nümunələri götürülmüş və EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir.
      Rüb ərzində 5 hesabat hazırlanaraq “Sifarişçi təşkilatlara təqdim edilmişdir. Bunlardan dördü  ekoloji monitorinq və biri isə laborator xidməti üzrə olmuşdur.
      Hesabat dövrü ərzində 415 axıntı su, neftlə çirklənmiş torpaq və neftşlam nümunələri üzərində 1222 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır.
AZS İSO/İES 17025 standartın tələblərinə uyğun müvafiq sənədlər toplusu işlənmiş, Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Akkreditasiya Xidmətinə təqdim edilmişdir. EMD-nin KTL-sı AZS İSO/İES 17025 standartının tələblərinə uyğun Akkreditasiya attestatına layiq görülmüşdür. 
       “Azpetrol Ltd” MMC-nin tabeliyində olan 17 yanacaqdoldurma və 2 qazdoldurma məntəqəsi üçün Ekoloji Pasportlar işlənib hazırlanmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə təqdim edilmişdir.
      İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) tələblərinə əsasən sifarişçi məmnunluğu öyrənilmiş, resurslardan istifadənin statistik diaqramları tərtib edilmişdir. Həmçinin standartların tələblərinin yerinə yetirilməsi məqsədilə istehsalat sahələrində yoxlamalar keçirilmiş, önləyici və düzəldici fəaliyyət barədə bildirişlərdə qeydlər aparılmışdır.
      Hesabat rübü ərzində aylıq “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi haqqında məlumat tərtib edilmişdir. 
      2016-cı ilin IV rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan tullantılar növlər üzrə çeşidlənərək SOCAR-ın Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”nə təhvil verilmişdir.
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin EMD-nin işçiləri 2016-cı ilin IV rübündə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.
 
 
 
 
 
 
 
 

tarix : 17.01.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.