ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2016- cı ilin IV rübündə müsbət nəticələr əldə etmişdir.
      “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2016-cı ilin IV rübün təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirilmiş, “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirilmişdir.

      IV rübdə Heydər Əliyev adına NEZ-dan TED-nin 6-cı sahəsinin (NEZ-nun 9-cu sahəsi) mexaniki təmizləyici qurğularına daxil olan 3 milyon 227 min m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan o cümlədən (oktyabr ayında 1 milyon 299 min  m3, noyabr ayında 629 min 079 m3, dekabr ayında isə 1 milyon 299 min m3) təmizlənmiş, texnoloji proseslər nəticəsində formalaşan 3 min 604 tona qədər neftşlam müasir qurğu və avadanlıqlarla emal edilərək zərərsizləşdirilmiş, neftin əvəzsiz təhvili 93 ton olmuşdur.
 Rüb ərzində TED-nin 3-cü sahəsinə “AAS-Ekol” MMC-dən müqavilə əsasında daxil olan 24,32 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.
      Ötən üç ayda TED-nin 4-cü sahəsində də (Heydər Əliyev adına NEZ-un 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində 4-cü sahədə 810 min  m3-ə qədər sənaye çirkab suları (oktyabr ayında 289 min m3, noyabr ayında 256 min m3, dekabr ayında isə 265 min m3) təmizlənmiş, neftin əvəzsiz təhvili 72 ton olmuşdur. QSC-nin 4-cü sahəsində 2027 ton  neftşlam emal edilərək zərərsizləşdirilmişdir.
      2016-cı ilin IV rübündə TED müqavilə  əsasında SOCAR-ın Qaz Emalı Zavodu, “Azneft” İB (Dübəndi sahəsi) “Kompleks Qazma İşləri” tresti və Ekologiya İdarəsi,  “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC Xəzər Dəniz Neft Donanması, “AAS-ATE”  MMC, “Surakhany Oil Operation Company S.A.”, “AAS-Ekol” MMC, və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 1170 ton şlam, 7 min 858 m3 yağlı su, 2 ton 860 kq yağlı torpaq, 398 m3 döşəməaltı-lyal axıntı suları, 5 min 285 m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq  zərərsizləşdirilmişdir.
      Bununla yanaşı, TED IV rübdə SOCAR-ın “Kompleks Qazma İşləri” tresti ilə olan müqaviləyə əsasən həmin ərazidən 690 m3 çirkab suları daşınmış, 231 ton qazma gilli məhlulu daxildə daşınmış, 692 ton qazma şlam daşınaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil  verilmişdir.
2016-cı il ərzində “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərilməsi və istehsalatın fasiləsizliyinin təmin edilməsi üçün TED zəruri tədbirlər həyata keçirilməsinə  başlamışdır.
      QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini yüksək templə davam etdirir.

 
 
 
 
 
 
 
 

tarix : 18.01.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.