ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi 2016-cı ilin IV rübünü uğurla başa vurmuşdur.

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi əvvəlki illərdə olduğu kimi 2016-cı ilin IV rübü ərzində də üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək 2016-cı ili uğurla başa vurmuşdur. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də, xüsusi texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edib.

      2016-cı ilin IV rübü ərzində Nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat və xüsusi təyinatlı texnikalar vasitəsilə SOCAR-ın Ekologiya İdarəsindən 20 m3, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ, “Suraxanı Oyl Opereyşn” Kompani S.A Şirkətinin mədən ərazilərindən 5285 m3 mədən axıntı suları, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma İdarəsinin ərazisindən 232 m3 , Gəmi Təmiri Zavodundan 166 m3,  axıntı çirkab suların daşınması işləri həyata keçirilmişdir.
      Həmin xüsusi texnikalardan QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) ərazisindəki yaşıllıqların suvarılmasına 50 m3 , İnzibati Təsərrüfat şöbəsinin xidmət göstərdiyi yaşıllıqların suvarılmasına 20 m3, Tullantıların Emalı Departamentinin (TED) Dübəndi sahəsinə 10 m3 su verilmiş və digər aqrotexniki işlərin həyata keçirilməsində istifadə olunmuşdur.
       SOCAR-ın “Azneft” İB “Abşeronneft” NQÇİ və H.Z.Tağıyev adına NQÇİ  (Qala) sahələrində xidmət göstərən TRD-nin 1-ci sahəsi üzrə IV rüb ərzində nəqliyyat və xüsusi texnikalar vasitəsilə bir sıra işlər uğurla həyata keçirilmişdir.
      Belə ki, ərazilərə 28 m3 torpaq, 6 m3 peyin daşınmış və ərazilərdən isə 6 m3 zibil kənarlaşdırılmışdır.
      SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin ərazisində xidmət göstərən TRD-nin  2-ci sahəsi üzrə xüsusi texnikalar vasitəsilə ərazidə 500 m kanal qazılmış, ərazidən 105 m3 torpaq çıxarılmış, 200 m2 sahə hamarlanmış, lilsovuranlar vasitəsilə 600 m3 yağış suları sahədən çəkilmişdir.
Eləcədə, TED-nin 5-ci (H.Əliyev adına NEZ 9-cu sahəsi) sahəsində “Alfa Laval” şirkətinin dekanter qurğusunun fəaliyyəti nəticəsində formalaşan torpaqlar özüboşaldan nəqliyyat vasitələri ilə xüsusi ərazilərə daşınmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat və xüsusi texnikalarla tələbata uyğun təmin edilmişdir.
      IV rüb ərzində nəqliyyat vasitələrinin mövsümü rejimdə işləməsi üçün lazımı ehtiyat hissələri və sürtgü materialları ilə təmin olunmuşdur. Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilərək,  yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə təmin edilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər görülmüş, sürücülərə vaxtaşırı təlimatlar keçirilmişdir.
Nəqliyyat sexinin kollektivi 2017-ci ildə də QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.

 
 
 
 
 
 
 
 
 

tarix : 02.02.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.