ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Elektromexanika sexinin kollektivi 2016-cı ilin IV rübündə QSC-nin istehsalat sahələrində peşəkarlıqla xidmət göstərmişlər.

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyin təmin olunması, qurğu və avadanlıqların daimi saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi, nailiyyətlərin əldə olunması üçün əsas amillərdəndir. Bunu nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki rüblərdə olduğu kimi 2016-cı ilin  IV rübündə də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.

      2016-cı ilin IV rübündə Elektromexanika sexinin işçiləri tərəfindən ərazidə olan bütün qurğuların, neft tutucularının və flatatorların metaldan olan elektrik bölmə qutuları plastmas qutularla əvəz edilmişdir.  “Börger” və VK tipli nasosların reduktorlarının  valları, işçi çarxları yenidən əsaslı surətdə torna dəzgahında yonularaq yığılmış və nasoslar yenidən istismara buraxılmışdır. TRD –nin Dübəndi sahəsindəki nasoslar üçün gərginlik güc kabelləri çəkilmişdir. Sahədə olan bütün buxar xətlərinin yararsız hissələri kəsilərək çıxarıldı və təzə metal borularla əvəz olunaraq işçi vəziyyətinə gətirilmişdir.
      Eyni zamanda FOX-15 qurğusu üçün 5 tonluq su çəni yığılaraq quraşdırılmış və qurğunun işləməsi üçün əlavə polietilen və metal boru xətləri çəkilərək istismara buraxılmışdır. Ərazidə olan bütün siyirtmə və kranlar təftiş olunaraq əsaslı təmir olundu. TED-nin A-1 və A-2 qəza anbarlarının ətrafına 150 mm-lik metal boru vasitəsi ilə yanğından mühafizə üçün köpük xətti çəkildi. 30, 52, 55 saylı yarımstansiyalarda güc kabelləri yoxlanılmış, transformatorlar, yağ açarları profilaktik -mexaniki təmizlənmədən keçmiş və torpaqlanma xətlərinin nasaz yerləri yeniləri ilə əvəz olunmuşdur. Ərazinin işıqlanması üçün elektrik xətlərinə baxış keçirilmiş, nasaz xətlər təzələnərək yenisi ilə əvəz olunmuşdur.
      “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin sahəsindəki gölməçələrdəki suyu təmizlənməsi məqsədi ilə həmin ərazidə tələb olunan nasosların işlək yerlərinin hazırlanması, elektrik sxeminin yığılması, gərginlik xəttinin çəkilməsi, quraşdırılması və istismara buraxılması işləri başa çatmışdır.
Flatator nasosxanasında olan bütün nasosların işə yararsız ehtiyat hissələri yenisi ilə əvəz olunmuş və fasiləsiz iş rejimi təmin olunmuşdur.
      “Alfa Laval” şirkətinin dekanter qurğusunun istismar zamanı tutulmuş hissələri təmizlənərək yerinə qoyulmuş və qurğu işə buraxılmışdır. 1 saylı qəza anbarında məhsulu qızdırmaq üçün 50 mm-lik metal boru vasitəsi ilə buxar və kondensat xətti çəkilmiş. Parafin sahəsindəki qızdırıcı kameranın isitmə xətləri əsaslı təmir olunmuşdur.
      Elektromexanika sexinin peşəkar mütəxəssislərdən ibarət kollektivi, QSC-nin istehsalat sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyət göstəricilərinin artırılması istiqamətində fəaliyyətlərini əzmlə davam etdirir.
 
 
 
 
 
 
 
 

tarix : 07.02.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.