ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı sahəsində A-1 və A-2 qəza anbarlarında yarımavtomatik köpüklə yanğınsöndürmə sistemi qoşulmuşdur.

      Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl olunması, insanların sağlamlığının qorunması və dövlət əmlakının  yanğından mühafizə edilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin daim diqqətdə saxladığı əsas vəzifələrdən biridir. Bu məqsədlə QSC-nin istehsalat sahələrində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir.

      Strateji obyektlərdə texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunması daha böyük əmək kəsb edir. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrinin əsasən strateji obyektlərdə (H.Əliyev adına NEZ-in 9-cu sahəsində) yerləşdiyi nəzərə alınaraq istehsalatda texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına ciddi əməl olunması məqsədilə işçi personalı müntəzəm olaraq praktiki və nəzəri məşğələlərə cəlb olunur.
      Belə ki, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində yerləşən tutumları 5000 m3 olan A-1 və A-2 qəza anbarlarında yanğın təhlükəsizliyini təmin etmək məqsədilə hər bir anbarın perimetr boyu 14 ədəd orta artımlı köpük generatorları quraşdırılaraq yarımavtomatik köpüklə söndürmə sisteminə qoşulmuşdur.
      Bu məqsədlə, 07.02.2017-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin rəisi daxili xidmət polkovniki İntiqam Musayev,  DYMX-nin NM-üzrə YMD-nin rəis müavini daxili xidmət polkovnik-leytenantı Ruslan Zeynalov, DYMX-nin NM-üzrə YMD- nin 18 saylı YMH-nin rəisi daxili xidmət polkovnik-leytenantı  İlqar Abbasovun  iştirakı ilə orta artımlı köpük generatorlarının işçi sınağı aparılmışdır. Sınaqdan sonra FHN-nin nümayəndələri öz təkliflərini vermişlər.
      Bəzi rəy və təkliflər nəzərə alınmaqla, QSC-nin TED-nin 6-cı sahəsində A-1 və A-2 qəza anbarlarında yarımavtomatik köpüklə yanğınsöndürmə sisteminin sınağı müvəffəqiyyətlə başa çatmışdır.
 
 
 
 
 
 

tarix : 09.02.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.