ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

      XX əsr Azərbaycan tarixinin ən dəhşətli faciəsi, həm də dinc əhaliyə, bütün insanlığa qarşı törədilən, xarakterinə və miqyasına görə ən dəhşətli ümumbəşəri bir faciə olan Xocalı soyqırımından 25 il ötür. Bu münasibətlə respublikamızın hər yerində, eləcə də xarici diaspor təşkilatlarında geniş miqyaslı tədbirlər keçirilir.

      Fevralın 24-də faciənin 25-ci ildönümü ilə əlaqədar QSC-də anım tədbirləri keçirilmişdir. Tədbirlərdə Xocalı faciəsini əks etdirən video çarxlar nümayiş olunmuş, istehsalat sahələrində isə stendlər quraşdırılmışdır.
      Tədbir iştirakçıları öz çıxışlarında qeyd etdilər ki, xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı, erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə siyasətinin davamı, tarixin qara səhifəsidir. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı, əslində erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı ən ağır cinayəti, bəşəriyyətə yönəldilmiş qəddarlıq təcəssümü idi.
      Xocalı soyqırımına hüquqi qiymət verilməsi, faciənin  beynəlxalq müstəvidə tanıdılması  və  erməni faşizminin  ifşası ilə bağlı ilk  təşəbbüs  ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı mərhələyə  təsadüf  edir. Ümummilli liderin təşəbbüsü ilə  1994-cü il fevralın  24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə və dünya  dövlətlərinə  bu  qətliamın  gerçək mahiyyətini açıqlayaraq  beynəlxalq ictimaiyyəti  erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
      Çıxış edənlər bildirdilər ki, ağlasığmaz qəddarlıqla dinc insanları kütləvi qırğına məruz qoyan erməni millətçiləri öz çirkin əməllərini ört basdır etməyə çalışsalar da, ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsaslanaraq düşünməyin və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar qəbul edilməlidir. Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
     Tədbirlərin sonunda Xocalıda ermənilər tərəfindən törədilmiş soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

 


tarix : 26.02.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.