Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri ” QSC-də 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilmişdir.
|
Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü ilə hər il bütün dünyada 1 mart - Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Təşkilatın üzvü olan Azərbaycan Respublikasında hər il bu əlamətdar gün münasibəti ilə silsilə tədbirlər keçirilir.
01 mart 2017-ci il tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilmişdir. Nizami və Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, QSC-nin bütün xidmət sahələrinə bu tədbir barədə xəbərdarlıq rabitə vasitəsilə çatdırılmış, foto sərgilər təşkil olunmuş və Mülki Müdafiə manqaları ilə birgə toplantılar keçirilmişdir. QSC-nin Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənli tədbiri çıxış sözü ilə açaraq , bügünkü gün barədə ətraflı məlumat vermişdir.Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov və Həmkarlar İttifaqı Komitəsinin sədiri Əli Ələkbərov tədbirdə çıxış edərək, Mülki Müdafiənin insanların həyatındakı rolundan ətraflı danışmış və bu sahəyə cavabdeh şəxslərin daha da məsuliyyətli olmaları tövsiyə edilmişdir. Mülki Müdafiə Qərargahının rəisi Fuad İmanov QSC-də Mülki Müdafiə üzrə görülən işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sonra Mülki Müdafiə sahəsinə aid sərbəst mövzularda geniş müzakirələr aparılmışdır. Sonda Mülki Müdafiə qüvvələrinin hazırlıq məşqlərinin video roliki tədbir iştirakçıları tərəfindən izlənmişdir.
tarix : 01.03.2017
|
|
|
|
|
|
|