ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də “Novruz” bayramı münasibətilə tədbir keçirilmişdir

      Öz gəlişi ilə yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramı respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.

      Martın 17-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidməti sahələrində  Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edən QSC-nin Baş direktoru Ramil Əliyev bu bayramın tarixindən və milli-mənəvi dəyərlərindən danışaraq qeyd etmişdir ki, 2009-cu il sentyabrın 30-da Novruz  bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
      Novruz bayramı xalqımızın  özünüdərkində və təfəkkürünün inkişafında böyük rol oynayan, təbiətin  əbədi qanunları ilə həmahəng olan, milli varlığımıza hopan bir el şənliyidir. Bu bayram  tarixin ən çətin  anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt gələcəyə inam  duyğusu yaratmışdır. Ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən  Novruz günlərində ölkəmizin  hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür.
      Tədbirin sonunda  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev və digər çıxış edənlər kollektivi   Novruz  bayramı münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, bol ruzi-bərəkət və işlərində müvəffəqiyyətlər arzulamışlar.
 
 
 
 
 

 

tarix : 17.03.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.