ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də yaz mövsümü ilə əlaqədar iməcilik keçirilmişdir

    Hər il  yaz mövsümü ilə əlaqədar olaraq SOCAR-ın çoxsaylı kollektivi iməciliklər keçirir, istehsalat sahələrində yaşıllaşdırma və abadlıq işləri aparırlar.

    Aprelin 8-də SOCAR rəhbərliyinin  iştirakı ilə Şirkətin  bütün idarə və müəssisələrində növbəti genişmiqyaslı iməcilik keçirilmişdir.  
    Tədbirdə, SOCAR-ın rəhbər heyəti Azneft İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində olmuş,  ümumi ekoloji vəziyyətlə  və yaşıllaşdırma işləri ilə maraqlanmış, ağac əkmişlər.
     Keçirilən iməcilikdə SOCAR-ın idarə və müəssisələrinin kollektivləri eləcə də, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi fəal iştirak etmişlər, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-də ağaclar əkilmiş, əvvəllər salınmış yaşıllıqlara qulluq olunmuş, abadlıq işləri aparılmışdır. Ümumilikdə bu iməcilikdə 1500 ağac əkilmişdir.
     Həmçinin “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün istehsalat və xidməti sahələrində, o cümlədən  SOCAR-ın H.Əliyev adına NEZ-nun 9-cu sahəsində, Qaz Emalı Zavodunda, Ekologiya İdarəsinin  Tullantı Mərkəzində, eləcə də “Azneft” İB-nin “Abşeronneft”, “BibiHeybətneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki yaşıllıq sahələrini də əhatə etmişdir.
    İməcilik zamanı  istehsalat  sahələrində təmizlik və abadlıq işləri aparılmış,  eyni zamanda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə mexaniki təmizləyici qurğuların ətrafı  alaq otlarından təmizlənmiş və tullantılar sahədən kənarlaşdırılmışdır.
   "Ekol Mühəndislik Xidmətləri" QSC-də  iməciliyin növbəti həftələrdə keçirilməsi nəzərdə tutulmuşdur.
 
 
 
 
 
 

tarix : 08.04.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.