ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC -nin Torpaqların Rekultivasiya Departamentinin 1-ci sahəsində yaz mövsümü ilə əlaqədar yüksək səviyyədə aqrotexniki xidmətlər göstərilir.

      “Ekol Mühəndislik Xidmətləri”  QSC öz  fəaliyyətində  reabilitasiya olunmuş mədən ərazilərində xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsinə,  həmçinin   mövcud  yaşıllıqlara  yüksək səviyyəli aqrotexniki xidmətlərin  göstərilməsinə böyük önəm verir  və bu istiqamətdə  bir sıra zəruri tədbirlər həyata keçirir.

      Bu məqsədlə, QSC-nin Torpaqların Rekultivasiya Departamenti  yazın gəlişi ilə əlaqədar istehsalat ərazilərində xidmət göstərdiyi yaşıllıq sahələrində bitkilərin mühafizəsi, mövsümü qulluq göstərilməsi və daimi su təchizatı ilə təmin olunması, yaşıllıq sahələrinin genişləndirilməsi, yeni yaşıllıq zolaqlarının salınması və bitkilərin bərpası üçün yeni tinglərin hazırlanması işləri yüksək səviyyədə və vaxtlı-vaxtında yerinə yetirilir.
      Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin 1-ci sahəsinin işçiləri “Azneft” İB-nin “Abşeronneft”  və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində ümumilikdə 17 min 944 ədəd müxtəlif növ ağac, bəzək  kollarına və TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd ağaca yüksək səviyyədə aqrotexniki xidmət göstərirlər. 
      QSC-nin əməkçilərinin göstərdiyi yüksək  səviyyəli  aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı suvarma  sistemi ilə təmin edilməsi nəticəsində  bitkilərin normal inkişafı təmin edilmişdir.
      Bu ilin yaz mövsümündə sahələrdəki ağaclara, bəzək kollarına lazım olan üzvi və mineral gübrələr verilmiş, su ilə mütəmadi olaraq təmin olunmuş, budanmış, quruyan ağaclar yenisi ilə əvəz olunmuşdur.
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi yaşıllaşdırma tədbirləri nəticəsində “Azneft” İB-nin “Abşeronneft”  və H.Z.Tağıyev adına NQÇİ-lərinin bir zamanlar neftlə çirklənmiş mədən əraziləri hal-hazırda yaşıllıqlara bürünmüş və ərazinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşdırılmışdır.

 
 
 
 
 

 

 

tarix : 12.04.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.