SOCAR-ın “Ətraf mühitin mühafizəsi üzrə 2017-ci ilin Tədbirlər Planı"na uyğun olaraq, yaz mövsümü ilə əlaqədar Şirkətin bütün fəaliyyət sahələrində iməciliklər keçirilir, abadlıq və yaşıllaşdırma işləri yerinə yetirilir.
Bu tədbirlər çərçivəsində aprelin 15-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində də iməcilik keçirilmişdir. İməcilikdə kollektivin çoxsaylı nümayəndələri iştirak etmiş və tədbir QSC-nin xidmət göstərdiyi sahələrində, o cümlədən SOCAR –in H.Əliyev adına Neft Emalı Zavodunun 9 cu sahəsində, Qaz Emalı Zavodunun ərazisində, Ekologiya İdarəsinin Tullantı Mərkəzində və “Azneft” İB-nin “Abşeronneft”, “BibiHeybətneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki, həmçinin yaşıllıq sahələrini əhatə etmişdir. İməcilik zamanı istehsalat sahələri alaq otlarından, eləcə də digər tullantılardan təmizlənmiş və abadlıq işləri yerinə yetirilmişdir. “Ekol Mühəndislik Xidmətləri” QSC- də iməciliklərin aprel ayının növbəti həftələrində də keçirilməsi nəzərdə tutulmuşdur.
tarix : 17.04.2017
|