ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində təlimlər keçirilir.

      Texnologiyaların tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 10.04.2017-ci ildən başlayaraq Tullantı Mərkəzində təlimlərə start verilmişdir.

      Cəmiyyət Ekologiya İdarəsi ilə bağlanmış servis müqaviləsinə əsasən həyata keçirdiyi genişmiqyaslı layihələrlə paralel olaraq işçilərin bilik və bacarıqlarının, peşəkarlıq və iş təcrübəsinin artırılmasına da xüsusi önəm verir. Mərkəzdə tullantıların idarəedilməsi və qazma şlamını emal edən Almaniyanın “Econ İndustries” şirkətinin istehsalı olan “Vacu Dry ® 12.000” (A və B) qurğularında çalışan mütəxəssislərin peşəkarlığının artırılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında bağlanmış müqaviləyə əsasən Tullantı Mərkəzinin işçilərinə “Vacu Dry qurğularının istismar edilməsi” beynəlxalq standartları üzrə maarifləndirmə təlimlərinə başlanmışdır.
      Təlim zamanı iştirakçılara qazma şlamınını emal edən Vacu Dry qurğularının bütün modulları eləcədə, onların düzgün və səlis idarə olunması barədə geniş məlumat verilmişdir. Eyni zamanda təlim iştirakçıları qurğularda baş verən problemlərin səbəbləri və onların aradan qaldırılması, qurğuların işinə nəzarət, ölçü cihazları barədə nəzəri biliklərini artırmaq imkanı əldə edirlər.
Təlimin sonunda  iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulub.
      Təlimlər 26 aprel 2017-ci il tarixədək davam edəcəkdir. Bu kimi təlimlərin keçirilməsi gələcəkdə də nəzərdə tutulmuşdur.  

 
 
 
 
 
 

tarix : 24.04.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.