ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ” nə həsr olunmuş tədbir keçirilmişdir

      Aprelin 28-də "Ekol Mühəndislik Xidmətləri" QSC-də “Əməyin Mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika  mədəniyyətinin möhkəmləndirilməsi” devizi altında “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə QSC-nin rəhbər heyyəti eləcə də digər struktur və bölmələrin  nümayəndələri iştirak etmişlər.

         Qeyd olunmuşdur ki, 1919-cu ildən fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatı (BƏT) bütün dünyada əməyin mühafizəsinin aktuallığını nəzərə alaraq, bəşəriyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələlərinə yönəltmək məqsədi ilə, 28 apreli “Ümumdünya Əməyin Mühafizəsi Günü” elan etmiş və həmin ildən dünyanın bir çox ölkələrində qeyd olunmasına başlanmışdır.

          2004-cü ildən etibarən Azərbaycanda da "Ümumdünya Əməyin Mühafizəsi Günü" dövlət səviyyəsində qeyd olunur. Hər il bir mövzuya həsr olunmuş bu günü 2017-ci ildə “Əməyin Mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika  mədəniyyətinin möhkəmləndirilməsi” devizi altında keçirilməsinə qərar verilmişdir.

Çıxışlarda "Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına yönəldilmiş təşkilatı, texniki və sanitar-profilaktiki işlər haqqında geniş məlumat verilmiş, bu məsələnin daim diqqət mərkəzində olduğu xüsusilə vurğulanmışdır.

Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın gördüyü işlərdən danışmış, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.

Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində göstərdikləri yüksək peşəkarlığa görə, QSC-nin Elektromexanika sexinin ustası Əliyev Ramil, Tullantıların Emalı Departamentinin 4-cü sahəsinin çilingəri Bağırov Mirismayıl, Nəqliyyat sexinin sürücüsü Cəfərov Rövşən və Torpaqların Rekultivasiya Departamentinin 2-ci sahəsinin bağbanı Abdullayev Sahib  "Təşəkkürnamə"lər ilə təltif olunmuşlar.

Tədbirin sonunda “Təşəkkürnamə” alan işçilər onların əməyinə verilən qiymətə, diqqət və qayğıya görə cəmiyyətin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

           
 
 
 
 
 
 

tarix : 28.04.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.