ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin Ekoloji Monitorinq Departamentinin 2017-ci ilin I rübü ərzində fəaliyyəti qənaətbəxşdir.

     "Ekol Mühəndislik Xidmətləri QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2017-cı ilin I rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laborator  xidmətləri göstərmiş və İnteqrə Edilmiş Menecment Sistemlərinin tələblərinə uyğun fəaliyyət həyata keçirmişdir.

     Hesabat dövründə müvafiq müqavilələrə əsasən,  EMD  tərəfindən SOCAR-ın  "Kompleks Qazma İşləri" Tresti  və  Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operating Company"LTD-nin Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində dövrü ekoloji monitorinq işləri aparılmışdır. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Mövcud antropogen təsir mənbələri üzərində monitorinq müşahidələri aparılmış, ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müəssisələrə müvafiq təkliflər verilmişdir. Yerinə yetirilən ekoloji monitorinq işləri  zamanı müəssisələrdə formalaşan 46-dan çox axıntı su nümunələri götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) təhlil olunmuşdur. Laborator təhlillərin  nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir. Ümumilikdə müşahidə məlumatları əsasında rüb ərzində 5 hesabat hazırlanaraq  “Sifarişçi” təşkilatlara təqdim edilmişdir.
     Hesabat dövrü ərzində KTL mütəxəssisləri tərəfindən götürülmüş 271 nümunə üzərində 918 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır. Rüb ərzində Tullantıların Emalı Departamentinin 6-cı sahəsində fəaliyyət göstərən təmizləyici qurğuların 1-ci çökdürücü gölündə havanın verilməsi ilə aparılan sahə sınağı ərzində 1-ci və 2-ci çökdürücü göldən  su nümunələri götürülmüş və fiziki-kimyəvi və kimyəvi təhlil aparılmışdır.
     “Ekol Mühəndislik Xidmətləri” QSC-də 2017-ci ilin I rübü ərzində İnteqrə Edilmiş Menecment Sistemlərinin tələblərinə uyğun “Məqsəd və Hədəflər”, Audit planı sənədi hazırlanıb təsdiq olunaraq aidiyyatı yerlərə paylanmışdır. Cari il üçün Cəmiyyətdə İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) audit planına uyğun audit keçirilmiş, aşkar olunmuş uyğunsuzluqlar barədə bildirişlər tərtib edilmiş audit olunmuş hər bir struktur bölmənin hesabatı hazırlanmışdır.
     Hesabat rübü ərzində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi haqqında aylıq məlumatlar tərtib edilmişdir. 
     SOCAR-ın Ekologiya İdarəsi və “Ekol Mühəndislik Xidmətləri” QSC arasında bağlanmış müqaviləyə əsasən Tullantı Mərkəzi üçün Cavabdehlik Bölgüsü Matrisində tələb edilən sənədlər toplusu hazırlanmış, təsdiq edilmiş və Tullantı Mərkəzinə təhvil verilmişdir.
     2017-ci ilin I rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan    tullantılar növlər üzrə çeşidlənərək SOCAR-ın   Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilmişdir.  
     Ekoloji Monitorinq Departamentinin bir qrup əməkdaşları İSO 9001- Keyfiyyət İdarəetmə Sistemi, OHSAS 18001- Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi, AZS İSO/İES 17025 standartı üzrə təşkil edilmiş treyninqlərdə iştirak etmişlər və müvafiq sertifikatlara layiq görülmüşlər.
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti qarşıda duran vəzifələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində fəaliyyətini səylə davam etdirir.
 
 
 
 
 
 
 
 

tarix : 02.05.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.