ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2017-ci ilin I rübünü uğurla başa vurmuşdur.

2016-cı ili uğurlu nailiyyətlərlə başa vurmuş “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2017-ci ilin I rübündə də müsbət nəticələr əldə etmişdir. Ötən ildə olduğu kimi TED cari ilin I rübündə "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.

I rübdə Heydər Əliyev adına NEZ-dan TED-nin 6-cı sahəsinin (NEZ-in  9-cu sahəsinin ərazisi) mexaniki təmizləyici qurğularına daxil olan 3 milyon 527 min m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan  (yanvar ayında  1 183 161 m3, fevral ayında 1 111 546 m3, mart ayında isə 1 232 331 m3) təmizlənmişdir.
    Rüb ərzində TED-nin 3-cü sahəsinə “AAS-EKOL” MMC-dən müqavilə əsasında daxil olan 38,82 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.
TED-in 4 və 6-cı sahələrində rüb ərzində texnoloji proseslər nəticəsində formalaşan 5 min 936 tona qədər neftşlam müasir texnologiyalarla emal edilərək zərərsizləşdirilmişdir.
  Ötən üç ayda TED-nin 4-cü sahəsində də (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində 4-cü sahədə 613 000 m3-ə qədər sənaye çirkab suları (yanvar ayında 208 000 m3, fevral ayında 208 000  m3, mart ayında isə 197 000 m3) təmizlənmişdir.
    QSC-nin 4-cü sahəsində 1399 ton  neftşlam emal edilərək zərərsizləşdirilmişdi.
  2017-ci ilin I rübündə TED müqavilə əsasında SOCAR-ın Qaz Emalı Zavodu, Ekologiya İdarəsi,  Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC, və  İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi,“Surakhany Oil Operation Company S.A.”, “AA Services”, “AAS-ATE” MMC, “AAS-EKOL” MMC, və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 492 ton şlam, 5 min 577 m3 yağlı su, 17,7 ton yağlı torpaq, 862 m3 döşəməaltı-lyal axıntı suları, 4 min 578 m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq zərərsizləşdirilmişdir.
     Bununla yanaşı, TED I rübdə “Kompleks Qazma İşləri” tresti ilə olan müqaviləyə əsasən həmin ərazidən 545 m3 çirkab suları və 100 m3 yağlı su “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrinə daşınaraq email edilmiş və 492 ton qazma şlamı SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə daşınaraq təhvil verilmişdir.
   2017-ci il ərzində “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərilməsi və istehsalatın fasiləsizliyinin təmin edilməsi üçün TED zəruri tədbirləri həyata keçirilməsinə başlamışdır.
    QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini texnoloji reqlamentə uyğun və yüksək templə davam etdirir.
 
 
 
 
 
 
 

tarix : 03.05.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.