ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi 2017-cı ilin I rübünü uğurla başa vurmuşdur.

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi əvvəlki illərdə olduğu kimi 2017-ci ilin I rübü ərzində də üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də, xüsusi texnikaları vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli tövhələrini vermişdir.

      2017-ci ilin I rübü ərzində Nəqliyyat sexinin işçiləri tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma ərazisindən 842 m3, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodundan 20 m3,    “Suraxanı Oyl Opereyşn” Kompani S.A Şirkətinin mədən ərazilərindən xüsusi təyinatlı texnikalar vasitəsi ilə 4578 m3 mədən axıntı çirkab sularının daşınması işləri həyata keçirilmişdir.
      Həmçinin sudaşıyan nəqliyyat vasitəsilə QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) yaşıllıqların suvarılmasına 60 m3, İnzibati Təsərrüfat Şöbəsinin xidmət göstərdiyi yaşıllıqların suvarılmasına 50 m3, Tullantıların Emalı Departamentinin (TED) Dübəndi sahəsinə isə 20 m3 su verilmişdir.
      “Azneft” İB “BibiHeybətneft” NQÇİ-nin ərazisində xidmət göstərən TRD-nin 2-ci sahəsi üzrə xüsusi texnikalar vasitəsilə ərazidən 60 metr kanal qazılmış, ərazidən 30 mtorpaq çıxarılmış, 50 m2 sahə hamarlanmış, 100 ədəd ağac yeri və  80 metr kanal qazılmışdır.
      Eləcədə, TED-nin 4-cü və 5-ci (H.Əliyev adına NEZ 9-cu sahəsi) sahələrində istismarda olan dekanter qurğularının fəaliyyəti nəticəsində formalaşan torpaqlar yükləyici və özüboşaldan nəqliyyat, texnikaların köməyi ilə xüsusi ərazilərə daşınmışdır.
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat və xüsusi texnikalar tələbata uyğun təmin edilmişdir.
      I rüb ərzində nəqliyyat vasitələrinin mövsümü rejimdə işləməsi üçün lazımı ehtiyat hissələri və sürtgü materialları ilə təmin olunmuşdur. Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilmiş,  yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə təmin edilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər görülmüş, sürücülərə vaxtaşırı təlimatlar keçirilmişdir.
      Nəqliyyat sexinin kollektivi QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.
 
 
 
 
 
 

tarix : 04.05.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.