ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İnteqrə edilmiş Menecment Sistemləri üzrə keçiriləcək xarici auditin açılış toplantısı keçirilmişdir.

      10 may 2017-ci il tarixində Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanmışdır. Cəmiyyətin baş ofisində keçirilən auditin açılış toplantısında rəhbərlik, departament və şöbə rəisləri, həmçinin TSİ-nun Azərbaycandakı təmsilçisi Səlim Çelebi, baş auditor Xatirə Salahova iştirak etmişlər. QSC-nin Baş direktoru Ramil Əliyev TSİ-nin təmsilçilərini səmimi salamlayaraq ötən dövr ərzindəki fəaliyyət barədə onlara ətraflı məlumat verdi. Daha sonra Ekoloji Monitorinq Departamentinin rəis müavini rəhbərliyin təmsilçisi Natella Şəfiyeva öz çıxışında ötən xarici audit nəticəsində verilmiş tövsiyyələrin aradan qaldırılması, daxili auditin müştəri tələbləri və məmnunluğu barəsində ətraflı məlumat verdi.

      TSİ-nun Azərbaycan üzrə təmsilçisi Səlim Çelebi səmimi qəbula görə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, “Ekol Mühəndislik Xidmətləri” QSC Azərbaycanda İSO 9001, İSO 14001 və OHSAS 18001 BİS-ni qəbul edən və onun tələblərini uğurla həyata keçirən nümunəvi şirkətlərdən biridir. O, Beynəlxalq Standartlar sahəsində QSC-də görülən işlərdən və əvvəlki auditin nəticələrindən razı qaldıqlarını vurğulayaraq, keçiriləcək növbəti xarici auditin də müsbət nəticələrlə başa çatacağına əminliyini bildirmişdir. Baş direktor Ramil Əliyev TSİ-nun təmsilçilərinə uğurlar arzulamış, auditin şəffaf və işgüzar şəraitdə keçirilməsi üçün hərtərəfli şərait yaradıldığını diqqətə çatdırdı. Xarici audit QSC-nin struktur bölmələri əhatə olunmaqla may ayının 10-dan 12-dək keçirilməsi nəzərdə tutulmuşdur.
 
 
 
 

tarix : 11.05.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.