“Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE) auditorları tərəfindən 10.05.2017-ci il tarixdən başlayan audit, şəffaf və işgüzar şəraitdə keçmiş, 12.05.2017-ci il tarixində başa çatmışdır.
Bununla əlaqədar olaraq, üç gün davam edən xarici auditin Cəmiyyətin baş ofisində qapanış toplantısı keçirilmişdir. Toplantıda rəhbərlik, departament, sex və şöbə rəisləri, həmçinin TSE-nun Azərbaycandakı təmsilçisi Səlim Çelebi və baş auditor Xatirə Salahova iştirak etmişlər. QSC-nin Baş direktoru Ramil Əliyev ilk olaraq çıxışında toplantı iştirakçılarını salamlayaraq sözü TSE-nun təmsilçisi Səlim Çelebiyə vermişdir. Təmsilçi öz çıxışında üç gün ərzində hər üç standartın tətbiqi və daima yaxşılaşdırma tədbirlərinin həyata keçirilməsi yoxlanılmış, fəaliyyətimizi yüksək qiymətləndirmişdir. TSE-nun auditorları Cəmiyyətimizin müvafiq struktur bölmələrində olmuş, hər üç standartın tələblərinə yüksək səviyyədə əməl olunduğunu qeyd etmişlər. Toplantının sonunda Baş direktor Ramil Əliyev və başqa çıxış edənlər xarici auditin şəffaf şəraitdə keçirilməsinə, dəyərli tövsiyələrinə və göstərdikləri dəstəyə görə TSE təmsilçilərinə öz dərin təşəkkürlərini bildirmişlər. Növbəti illərdə də QSC-nin bütün fəaliyyət sahələrində İSO-9001, İSO-14001 və OHSAS-18001 BİS-nin tələblərinə yüksək səviyyədə əməl olacağını TSE təmsilçilərinin diqqətinə çatdırmışlar. Bununla da TSE təmsilçilərinin QSC-də üç gün ərzində keçirdikləri xarici auditin nəticələrinə həsr olunmuş qapanış toplantısı başa çatmışdır.
tarix : 15.05.2017
|