ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Elektromexanika Sexi 2017-ci ilin I rübünü uğurla başa vurmuşdur.

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların daim işlək vəziyyətdə olması məqsədilə, Elektromexanika sexi əvvəlki illərdə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü fəaliyyət göstərmişdir.

     2017-ci ilin I rübündə Elektromexanika sexinin kollektivi tərəfindən Tullantıların Emalı  Departamentinin 3-cü, 4-cü, 5-ci, 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) yüksək səviyyədə təmir işləri aparılmışdır.
      Belə ki,  “Alfa Laval” dekanter qurğusunda olan bütün nasoslar əsaslı təmir edilmiş eləcədə, Fox-15 qurğusunun separatoru təmir edilmiş, qurğu yeni su təchizatı sistemilə  təmin olunmuşdur.
 I rüb ərzində Tullantıların Emalı Departamentinin 6-cı sahəsində fəaliyyət göstərən A-2 qəza anbarının ətrafına yanğından mühafizə üçün köpük xətləri çəkilərək quraşdırılmış, təhlükəsizlik qaydalarına əməl olunaraq istifadəyə verilmiş, parafin sahəsindəki qızdırıcı sobanın zədələnmiş və siradan çıxmış hissələri yeniləri ilə əvəz olunmuşdur.
      1 saylı qəza anbarın ətrafına qoruyucu çəpər quraşdırılmışdır. 1 saylı nefttutucuda sıradan çıxmış  beton panel örtükləri metal konstruksiyalı örtüklərlə əvəz olunmuş, Börger nasosu və Faset qurğusunda olan bütün nasoslar əsaslı təmir edilmişdir.
      Sahələrdə buxar təchizatı xəttində olan  nasazlıqlar aradan qaldırılmış, “BibiHeybət” sahəsindəki istixananın havalandırma sistemi yenidən bərpa edilmişdir.
      Cəmiyyətin ərazisində olan bütün yarımstansiyalar, EPQ-lər və elektrik birləşmə məntəqələri mütəmadi olaraq təftiş olunur, mexaniki təmizlənir. Qazanxanalar və qazanlar, su, qaz və hava xətləri (birləşmələr) yoxlanılır, cəmiyyətin fasiləsiz iş rejimi enerji daşıyıcıları ilə daim təmin olunur.    
Elektromexanika sexinin işçiləri üzərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirirlər.

 

 
 

tarix : 17.05.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.