ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində yaz mövsümü işləri davam etdirilir

      Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də, istehsalat sahələrində yerləşən inzibati binaların  və reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqların salınması, aqrotexniki xidmətlərin göstərilməsidir. Xidmət sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və inkişafı işləri günü-gündən genişləndirilir.

      Yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsini QSC- nin  Torpaqların Rekultivasiya Departamenti (TRD) və İnzibati Təsərrüfat Şöbəsi (İTŞ) həyata keçirir. Təcrübəli mütəxəssislərin və bağbanların fəaliyyəti nəticəsində istehsalat sahələrindəki ağac və bəzək kollarının sayı xeyli dərəcədə artmışdır. Yaşıllıqlar müasir suvarma sistemləri ilə təchiz olunmuş, yaz mövsümü üçün aqrotexniki qaydada xidmətlər göstərilir. Bağbanların gərgin əməyi nəticəsində bütün istehsalat sahələri və inzibati binalar yaşıllıqlara bürünmüşdür. QSC-nin xidmət sahələrində texnoloji proseslərin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi də atmosferə atılan zərərli tullantıların miqdarının azalmasına və yaşıllıqların yaxşı inkişaf etməsinə öz müsbət təsirini göstərmişdir.
      Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin TRD və İTŞ-nin əməkçiləri, mütəxəssisləri, SOCAR-ın Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi, Qaz Emalı Zavodunun istehsalat sahəsi,“Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft” və H.Z. Tağıyev adına NQÇİ-lərin  mədən ərazilərində, yerləşən xidmət sahələrində və TRD-nin  (A-4 Zığ sahəsi) inzibati  binasının ərazisində 89 min 255 ədəd müxtəlif növ ağac, bəzək və gül kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərilir. Yaşıllıqların suvarılmasında əsasən mexaniki və damcı üsullarından geniş istifadə olunur ki, bu da öz səmərəli nəticələrini verməkdədir.
      Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri ” QSC bu sahənin fəaliyyətini əsas tərkib hissəsi kimi qəbul edərək, bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur.  
 

tarix : 22.05.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.