ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 24-cü Beynəlxalq Neft və Qaz sərgisində iştirak edir.

      31 may-3 iyun 2017-ci il tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı  regionun energetika sektorunda ən böyük tədbir – 24-cü Beynəlxalq Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgisi keçirilir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz “Caspian OİL & Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin  təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.

      Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, dövlət rəsmiləri və şirkət rəhbərləri iştirak etmişlər. Açılışda Prezident İlham Əliyev geniş məruzə ilə çıxış etmişdir. Bu da sərginin statusunun yüksək olmasını bi daha təsdiq edir.
      Sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq (servis) xidmətləri üzrə avadanlıqlar, xidmətlər və  texnologiyalrın geniş çeşidləri təqdim edilir. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsal üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər durur.
       Sənaye və energetika nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi dəstəyi, “İteca Caspian” və “İTE Group” şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək  sərgidə dünyanın 30 ölkəsini təmsil edən 289 şirkət və 10 mindən çox yerli və xarici mütəxəssislərin iştirakı  gözlənilir. Sərgi çərçivəsində 1-2 iyun tarixində “Caspian OİL & Gas” keçiriləcək beynəlxalq konfransında neft-qaz və kimya sənayesinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün geniş imkanlar  yaranacaqdır.
      “Ekol Mühəndislik Xidmətləri” QSC yüksək statusa malik olan bu sərgidə maraqlı stenti ilə iştirak edir. QSC-nin fəaliyyət sahələrini, həyata keçirdiyi ekoloji layihələrin və sosial sahəni əks etdirən stent, elektron məlumatlar və əyani materiallar  sərgi iştirakçıları  tərəfindən böyük maraqla izlənilir.
      Yüksək səviyyədə təşkil olunmuş, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər arasında tanışılıq və əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaratmış  “Caspian OİL & Gas” 24-cü Beynəlxalq Neft və Qaz sərgisi iyunun 3-dək davam edəcəkdir.
 
 
  

 

tarix : 01.06.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.