ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində yay mövsümü işləri aparılır.

      Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də, reabilitasiya olunmuş mədən ərazilərində yay mövsümü ilə əlaqədar yaşıllıqların salınması, əkilmiş bəzək kolları və ağaclara aqrotexniki xidmətlərin göstərilməsidir.

      Kollektivin bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər böyük perspektivlərdən xəbər verir və ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.
      Bu məqsədlə, tədbirlər planına uyğun olaraq QSC-nin Torpaqların Rekultivasiya Departamentinin (TRD) təcrübəli mütəxəssisləri tərəfindən xidmət göstərilən SOCAR-ın H.Əliyev adına NEZ-nun 9-cu sahəsi, Qaz Emalı Zavodunun istehsalat sahəsi, “Azneft” İB-nin “BibiHeybətneft”, “Abşeronneft”, H.Z. Tagıyev adına NQÇİ-lərin və TRD-nin inzibati binasının yerləşdiyi (A-4 Zığ) yaşıllıq sahələrində yay mövsümü işləri aparılır, müxtəlif növ ağac, bəzək kollarının və güllərin dibləri boşaldılır, alaq otlardan təmizlənir, suvarma işləri və aqrotexniki xidmətlər göstərilir.
      Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri” QSC bu sahəni fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur.

 
 
 

tarix : 21.06.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.