ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ramazan bayramı münasibəti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və istehsalat sahələrində tədbirlər keçirilmişdir

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, Ramazan bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.

Ramazan bayramı dinimizdə ən fəzilətli və müqəddəs bir aydır. Bu ay insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
 Bütün müsəlman dünyasının, eləcə də xalqımızın ən əziz bayramlarından biri olan 11 ayın sultanı Ramazan ayı başa çatır. İyun ayının 26 və 27-si Ramazan bayramı dünya müsəlmanları tərəfindən və müstəqil ölkəmizdə böyük sevinc, ruh yüksəkliyi ilə qeyd olunur.
 Bu müqəddəs bayram münasibətilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində tədbirlər keçirilmişdir. Tədbirdə çıxış edənlər, Baş direktor Ramil Əliyev, istehsalat üzrə müavin-Texniki direktor Məzahir Hüseynov, ümumi işlər üzrə müavin İsrafil Əliyev, SƏTƏM üzrə müavin Eldəniz Həsənli və İqtisadiyyat və Uçot İdarəsinin rəisi Əli Bağış cəmiyyət üzrə  oruc tutan işçiləri Ramazan bayramı münasibəti ilə təbrik etdilər. Arzu etdilər ki, etdikləri niyyətlər, dualar və ibadətlər Uca Allah tərəfindən qəbul edilsin. Oruc tutan bütün işçilərə bayram sovqatı paylandı. Tədbirlərin sonunda tədbir iştirakçıları, onlara göstərilən diqqət və qayğıya görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
 
 
 
 
 
 
 
 

tarix : 23.06.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.