ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin konfransı keçirilmişdir.

      07 iyul 2017-ci il tarixində QSC-nin baş ofisində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) 5-ci hesabat seçki konfransı keçirilmişdir. Konfransda QSC-nin rəhbərliyi, departament, şöbə rəisləri və kollektivin nümayəndələri iştirak etmişlər. Konfrans öz işinə Azərbaycan Respublikasının himni ilə başladı.

       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərovun sədrliyi ilə keçirilən konfransın gündəliyi və iş qrafiki səsə qoyularaq iştirakçılar tərəfindən yekdilliklə qəbul edildikdən sonra, HİK-nin 2014-2017-ci illərdə fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildi. HİK-nin hesabat məruzəsi konfrans iştirakçıları tərəfindən geniş müzakirə olundu. Məruzə ətrafında çıxış edənlər Baş direktor Ramil Əliyev, Baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, İqtisadiyyat və Uçot İdarəsinin rəisi Əli Bağış, Nəqliyyat sexinin rəisi Mahir Əsgərov, Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin Albuşov və başqaları HİK-nin 3 illik fəaliyyətinə öz təkliflərini bildirməklə ümumən qənaətbəxş hesab etdilər. Konfrans iştirakçılarının yekdil səsi ilə hesabat qənaətbəxş hesab edildi.
       Sonra gündəlikdə duran digər məsələlər, komitə üzvlərinin, HİK-nin sədr və sədr müavinin seçilməsi, Təftiş komissiyası tərkibinin və Kollektiv Müqavilənin təsdiqi məsələlərinə baxıldı. Əli Ələkbərov yenidən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi.
       Daha sonra yeni Kollektiv Müqavilə Baş direktor Ramil Əliyev və HİK-nin sədri Əli Ələkbərov tərəflərindən imzalandı və konfrans iştirakçılar tərəfindən qəbul edildi.
       Sonda QSC-nin Baş direktoru Ramil Əliyev çıxış edərək HİK-nin yeni seçilmiş sədr, sədr müavini və idarə heyəti üzvlərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, qarşılarında duran vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini bildirdi və daha fəal olmalarını tövsiyə etdi.
       Bununla da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin 5-ci hesabat seçki konfransı öz işini başa çatdırdı.     
 
 
 
 
 
 
  
 
                                                                        

tarix : 07.07.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.