ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2017-ci ilin II rübünü uğurla başa vurmuşdur.

     2017-ci ilin I rübünü uğurlu nailiyyətlərlə başa vurmuş “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) II rübündə də müsbət nəticələr əldə etmişdir. Ötən rübdə olduğu kimi TED cari ilin II rübündə "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.

     II rübdə Heydər Əliyev adına NEZ-dan TED-nin 6-cı sahəsinin (NEZ-in  9-cu sahəsinin ərazisi) mexaniki təmizləyici qurğularına daxil olan 2 milyon 786 min m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan  (aprel ayında  1 300 803 m3, may ayında 1 147 197 m3, iyun ayında isə 337 988 m3) təmizlənmişdir.
     Rüb ərzində TED-nin 3-cü sahəsinə “AAS-EKOL” MMC-dən müqavilə əsasında daxil olan 32 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan təmizlənmişdir.
      Texnoloji proseslər nəticəsində TED-nin 4-cü və 6-cı sahəsində formalaşan 4 min 958 tona qədər neftşlam müasir texnologiyalarla emal edilərək zərəsizləşdirilmişdir.
     Ötən üç ayda TED-nin 4-cü sahəsində də (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində 4-cü sahədə 652 000 m3-ə qədər sənaye çirkab suları (aprel ayında 202 000 m3, may ayında 220 000  m3, iyun ayında isə 230 000 m3) təmizlənmişdir.
     QSC-nin 4-cü sahəsində 2928 ton  neftşlam emal edilərək zərərsizləşdirilmişdir.
     2017-ci ilin II rübündə TED müqavilə əsasında SOCAR-ın Qaz Emalı Zavodu, Ekologiya İdarəsi,  “Azneft” İB, Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, “Surakhany Oil Operation Company S.A.”, “AA Services”, “AAS-ATE” MMC, “AAS-EKOL” MMC və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 240 ton neftşlam, 4 min 204 m3 yağlı su, 10,54 ton yağlı torpaq, 1621 m3 döşəməaltı-lyal axıntı suları, 5 min 372 m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq zərərsizləşdirilmişdir.
     II rüb ərzində Tullantı Emalı Departamentinə “Komleks Qazma İşləri” trestinin mədən ərazilərindən müqavilə əsasında daxil olan 600 m3 çirkab suları, 110 m3 yağlı su neft tullantılardan təmizlənmiş və SOCAR-ın Ekologiya İdarəsinin xidmət etdiyimiz Tullantı Mərkəzinə 440 ton qazma şlamı daşınaraq emal olunmuşdur.
     Bundan başqa xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən TED-ə daxil olan 676,5 m3 istehsalat çirkab suları mexaniki üsulla təmizlənmişdir.
     QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini texnoloji reqlamentə uyğun olaraq yüksək səviyyədə davam etdirir.
 
 
 
 
 

                                 

tarix : 09.08.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.