ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri “ QSC-nin Nəqliyyat sexi 2017-ci ilin II rübünü uğurla başa vurmuşdur

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexi 2017-ci ilin II rübündə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək rübü uğurla başa vurmuşdur. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.

     2017-ci ilin II rübü ərzində  Nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat vasitələri və xüsusi təyinatlı texnikalar ilə SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən  676.5 m3 axıntı çirkab sularının və Ekologiya İdarəsinin laboratoriyasında  formalaşan 10 m3 neftli-kimyəvi tərkibli suyun daşınması işləri həyata keçirilmiş, “Suraxanı OYL Opereyşn” Kompani S.A şirkətinin mədən ərazilərindən 5372 m3 , “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma İdarəsinin ərazisindən 1419 m3 , Bibiheybət Gəmi  Təmiri  zavodundan 202 m3 mədən axıntı suları daşınmışdır.
     Həmçinin  su daşıyan nəqliyyat vasitəsi ilə QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) yaşıllıqların suvarılmasına 240 m3 , TED-nin Dübəndi sahəsinə 30 m3 , 6-cı sahəsinə isə 80 m3 su daşınmışdır.
      TRD-nin 1-ci sahəsi üzrə yaşıllıqların suvarılmasına 145 m3 su,  12 m3 peyin, 1200 ədəd ağac və müxtəlif növ bəzək kolları daşınmışdır. TRD-nin 2-ci sahəsi üzrə 840 m3 çirkab su sahədən çəkilmişdir. 40 m2 sahə hamarlanmış, 20 m3  müxtəlif tərkibli tullantılar sahədən kənarlaşdırılmışdır. 
      Qazel avtomobilləri vasitəsi ilə TRD-nin və TED-in istehsalat sahələrinə, Tullantı Mərkəzinə davamlı mal-materiallar, istehsalat avadanlıqları daşınmışdır.
      Eləcə də TED-nin 4-cü, 5-ci və 6-cı sahələrində  (H.Əliyev adına NEZ 9-cu sahəsi) “Alfa Laval” şirkətinin dekanter qurğularının fəaliyyəti nəticəsində formalaşan torpaqlar yükləyici vasitəsi ilə,  özüboşaldan  nəqliyyatlara yüklənərək  xüsusi ərazilərə daşınmışdır.
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat  və  xüsusi  texnikalar təlabata uyğun təmin edilmişdir.
       II rüb ərzində nəqliyyat vasitələrinin mövsümi rejimdə işləmələri üçün lazımi ehtiyat hissələri və sürtgü materialları ilə təmin olunmuşdur.
Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilərək, yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə təmin edilmiş, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə  qabaqlayıcı tədbirlər görülmüş və sürücülərə vaxtaşırı təlimlər keçirilmişdir.
       Nəqliyyat sexinin kollektivi qalan rüblərdə də QSC-də istehsalat sahələrinin fasiləsiz  işinin  təmin edilməsi və ekoloji layihələrin həyata keçirilməsi məqsədilə yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.
 
 
 
 
 
 

                                                

tarix : 17.08.2017

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.